Məşhur idman zalları şəbəkəsində transseksuallara qadın otaqlarından istifadə qadağan edildi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyaca məşhur "Virgin Active" idman zalları şəbəkəsi televiziya ulduzunun məhkəməyə verməklə hədələməsindən sonra transseksuallara qadın paltardəyişmə otaqlarından istifadəni qadağan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Resursun yazdığı kimi, səkkiz ölkədə 230 klubu olan idman zalları şəbəkəsi öz müştərilərinə elektron məktub göndərib və onları klub qaydalarındakı vacib yenilik barədə məlumatlandırıb.
"Qanunlara riayət etmək üçün biz klub qaydalarımızı yeniləməli olduq ki, soyunub-geyinmə otaqları və tualetlər bioloji cinsə görə ayrılsın", - deyə məktubda bildirilib.
Materialda qeyd edildiyinə görə, bu, "GB News"un aparıcısı Mişel Dyuberrinin "qadınların paltardəyişmə otağında kişi gördüyü" üçün idman zalına üzvlüyünü ləğv etdiyini söyləməsindən sonra baş verib.
Nəşrin məlumatına görə, ulduzun vəkilləri şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyi ilə hədələyən məktub göndəriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Avqust 2025 05:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















