Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsində

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsində

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd etməyə hazırlaşır.

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çox sayda qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

“Cebheinfo.az”a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ümumilikdə Azərbaycan özü inteqrasiya kanalları vasitəsilə dünya birliyinə qoşulubsa, onun iqtisadiyyatını, sənayesini, mədəniyyətini, eyni zamanda mətbuat sahəsini qlobal şəbəkədən kənarda təsəvvür etmək mümkün deyil:

“Burada bir məqam da var ki, Azərbaycan mediasının qlobal informasiya şəbəkəsinə ən müasir texnologiyaların tətbiqi ilə çıxışı tamamilə fərqli və yeni bir mərhələdir. Azərbaycan mediası bu gün dünya informasiya sistemində gündəlik informasiya yayımı ilə iştirak etməyə başlayır. Faktdır ki, dünya mediasında həm Azərbaycanın xeyrinə, həm də əleyhinə yayımlanan informasiyalar dərhal ölkə mediasında güzgü kimi əks olunur. Azərbaycan mediası qlobal informasiya məkanında ölkəmizə aid olan və yönəlmiş informasiyaları bu və ya digər formalarda cavablandırır. 

Eyni zamanda, Azərbaycan mediasının informasiya siyasəti dünya informasiya şəbəkəsində dərhal öz reaksiyasını göstərir. Dəfələrlə rast gəlmişik ki, Azərbaycan mətbuatında gedən məlumatlara dünyanın müxtəlif informasiya şəbəkələrində reaksiya verilib. Azərbaycanın dövlət başçısının çıxışları və atdığı mühüm addımlar ilk növbədə milli informasiya məkanında işıqlandırıldıqdan sonra dünya mediasında da əks-səda doğurur. Bu, onu göstərir ki, Azərbaycan mediası artıq qlobal informasiya şəbəkəsinin aktiv iştirakçısına çevrilib”.

Aydın Quliyev bildirib ki, Azərbaycan mediası hələlik qlobal informasiya şəbəkəsində siyasi və iqtisadi proseslərə təsir göstərmək gücündə deyil:

“Ancaq burada incə bir nüans var. Azərbaycan mətbuatının  qlobal informasiya şəbəkəsinə yönləndirici və istiqamətverici təsir gücünün hansı səviyyədə olması maraqlıdır. Etiraf etmək lazımdır ki, Azərbaycan mediası hələlik CNN, BBC, "Al Jazeera", "New York Times" və ya "Washington Post" kimi qlobal media qurumları səviyyəsində siyasi və iqtisadi proseslərə təsir göstərmək gücündə deyil. Yəni qlobal proseslərin gedişatını formalaşdırmaq və dəyişdirmək imkanları məhduddur.

Faktdır ki, bəzi bqlobal media şəbəkələrinin verdiyi kiçik bir informasiya dünyanın bir çox ölkəsində anında reaksiya doğurur. Amma Azərbaycan media orqanları müasir informasiya texnologiyaları əsasında dünya informasiya şəbəkəsinə nə qədər inteqrasiya olunsa da, hələlik beynəlxalq münasibətlərə ciddi təsir göstərmək gücündə deyil”. 

Onun sözlərinə görə, hazırkı şəraitdə Azərbaycan mediasının informasiya texnologiyalarından istifadə səviyyəsini məqbul saymaq olar:

“Bu, birinci növbədə Azərbaycan mediasının müasir informasiya texnologiyalarına hələ tam şəkildə yiyələnməməsinin nəticəsidir. Lakin bu sahədə ciddi inkişaf da müşahidə olunur. Ehtimal etmək olar ki, yaxın illərdə Azərbaycan mediası da müasir informasiya texnologiyalarından daha geniş və peşəkar şəkildə istifadə edəcək.

ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrin media orqanlarının beynəlxalq informasiya məkanında təsirli olması təkcə həmin media qurumlarının gücü deyil. Məsələn, “New York Times”, “Washington Post” və “Guardian” Azərbaycanda hansısa bir media orqanı ilə müqayisədə üstün deyil.

Azərbaycan media orqanlarının hazırkı vəziyyətini, dünya informasiya şəbəkəsinə inteqrasiyasını və texnologiyalardan istifadə səviyyəsini məqbul saymaq olar. Amma bununla kifayətlənmək olmaz, onu daha da dərinləşdirmək lazımdır”. 
Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri