Icma.az
close
up
RU
Trenajor zalları ürəyin qənimidir! Məşhur loğman

Trenajor zalları ürəyin qənimidir! Məşhur loğman

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından ölməsi ətrafında müzakirələr davam edir.

Modern.az-ın məlumatına görə, tanınmış loğman - sağlam qidalanma üzrə mütəxəssis Ərşad Əzimzadə də hadisəyə münasibət bildirib.

O deyib ki, bu hadisə bir neçə vacib məqamı önə çıxarıb: Sezar pizza

“Məlum olduğu kimi, ölkəmizdə, ələlxüsus da Bakıda trenajor zallarının sayı kosmik sürətlə artır. Onları açan səriştəsiz işbazlar insanların sağlamlığını qorumaq məqsədi güdmür, yeganə məqsəd pul qazanmaqdır. Canlı orqanın funksiyası və tələbatı haqqında heç bir anlayışı olmayan cavanlar, artıq çəkili qadınlar və kişilər sağlam həyat tərzi yolunu tutmaq əvəzinə, asan üsulla öz qüsurlarını həll etməyə, “formada qalmağa”, yaxud gözə çarpan zahiri görkəm əldə etməyə çalışırlar. Nəticəsi də bütün hallarda uğursuz olur”.

Ə.Əzimzadənin sözlərinə görə, göbələk kimi artan trenajor zallarına axın AZərbaycan cəmiyyətində səhiyyə və qida mədəniyyətinin aşağa səviyyədə olmasına, ölkədə maarifləndirmə işinin aparılmadığına dəlalət edir.

“Halbuki elmə çoxdan bəllidir ki, idmanın bütün növləri sağlamlığın qənimidir. Hamımızın gözü qabağında meydanda yıxılıb ölən, yaxud infarkt keçirən gənc futbulçular, idmanla intensiv məşğul olan adamların az yaşaması bunun qaçılmaz nəticəsidir. İnsanda sinir gücü deyil, əzələ gücü yaradan bütün idman növləri, həmçinin “əzələ kaçat edən” trenajor zalları sağlamlığın düşmənidir”, - Ə.Əzimzadə vurğulayıb.

O bildirib ki, dünyanın tanınmış naturopat alimləri bütün hərəkətləri iki qismə bölüblər: faydalı və zərərli hərəkətlər:

“Ağırlıq qaldırmaq, qaçış, güləş, qaydasız döyüşlər, boks, futbol və idmanın digər növləri daxili orqanlara, ələlxüsus da ürəyə güclü zərbə vurur, ömrü gödəldir. Trenajor zalında olan qurğular da sağlamlığa zərrə qədər də olsun xidmət etmir, xəstəliklərin qarşısını ala, xəstəni sağalda bilmir. Bədənə yaxşı forma verən bu hərəkət növü, təkrar edirəm, ürəyin qənimidir.

Bizə əzələ gücü yaradan idman yox, insana həm yaraşıq verən, həm də onun sağlamlığını qoruyan, bunu itirdikdə isə bərpa edən bədən tərbiyəsi lazımdır. Bədən tərbiyəsinə daxil olan hərəkət növləri kifayət qədərdir. Onların şahı - hər səhər iti addımlarla 8-10 kilometr məsafəni açıq havada qət etmək və dahi yapon alimi Katsudzo Nişinin tövsiyə etdiyi gözəlləşdirici və saflaşdırıcı təmrinləridir. Onlar sağlamlara da lazımdır, eyni zamanda, xəstələrə də, cavanlara da,  ahıllara da. Başlamaq heç vaxt gec deyil.

Əlbəttə, adam birdən-birə o boyda məsafəni qət edə bilməz. Ələlxüsus da xəstələr və ahıl adamlar. Ona görə də minumum məsafədən, məsələn, 1 kilometirdən başlamaq və onu tədricən artırmaq lazımdır. Ürəyin evini yıxan qaçışdan fərqli olaraq, iti addımlarla yerimək, həm fəqərə sütununu şux vəziyyətə salır, həm dərini gözəlləşdirir, həm də ürəyin və ağ ciyərin fəaliyyətini gücləndirir, əzələləri, damarları, vətərləri, sümükləri möhkəm və elastik edir.

Eyni fikri üzgüçülük haqqında da demək olar. Üzgüçülük də adamı həm yaraşıqlı edir, həm dərini gözəlləşdirir, həm də əzələləri, daxili orqanları möhkəmlədir. Gimnastika, voleybol və tennis oynamaq da faydalı hərəkət növləridir”.

Ə.Əzimzadə deyib ki, bədən tərbiyəsinə daxil olan hərəkətlər həm də sağlamlıq üçün çox önəmli olan bir vacib balansı qoruyub saxlayır. Söhbət daxil olan enerji (qida) çıxan enerjinin (hərəkət) balansından gedir.

“Bu balansı pozan adamların, ələlxüsus da qidada ancaq ləzzət axtaran qarınquluların bədənini ət basır. Artıq ət daxili orqanların ərazisini daraldır, onların funksiyasını pozur. Onlar xilas yolunu trenajor zallarında axtarırlar. Tapa bilmirlər. Xilas yolu – bədən tərbiyəsidir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri