Icma.az
close
up
RU
Məşhur insayder xəbər yaydı, Flik təkzib etdi

Məşhur insayder xəbər yaydı, Flik təkzib etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Məşhur insayder Fabritsio Romano mayın 12-də “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin klubla yeni müqaviləni razılaşdırmasıyla bağlı xəbər yayıb.
Ona inansaq, yeni müqavilə 2027-ci ilin iyununa qədər qüvvədə olacaq. Guya klubla alman mütəxəssis arasında bütün detallar razılaşdırılıb, formal prosedurlar bitəndən sonra elə bu ayın sonuna qədər müqavilə imzalanacaq.
Amma Flik cəmi iki gün sonra bu xəbəri təkzib edib, müqavilə müddətini uzatmadığını bildirib. Görünür, bütün bu xəbərlərin əsas səbəbi Flikin bazar günü klub prezidenti Xuan Laporta və agent Pini Zahavi ilə birgə restoranların birində axşam yeməyində görünməsi ilə bağlıdı. Flikin təkzib açıqlaması:

“İndi bu haqda danışmağın vaxtı deyil. Artıq bir neçə dəfə demişəm ki, müqaviləmin başa çatmasına bir il qalır, heç yerə tələsmirəm. Prezidentlə birgə axşam yeməyində olduq, əla vaxt keçirdik, ancaq bu əvvəldən planlaşdırılmamışdı. Artıq dediyim kimi gerçəkdən burda xoşbəxtəm, ancaq hələ yeni müqavilə yoxdu. Bu yolda heç bir addım atılmayıb. Bizə gözləmək lazımdı, mən isə problemsiz gözləyə bilərəm. Mövsümün sonuna qədər hələ üç (artıq iki – red.) oyun var. Bu gün də komanda üzvlərinə dedim ki, “qələbələr qazanmaq üçün burdayıq, fikrimizi yalnız buna yönəltməliyik”. Rəqiblərə, kluba, azarkeşlərə hörmət etməliyik. Başqa məsələlər üzərində düşünmək lazım deyil, işimizə sadiq olmalıyıq”.


Xatırladaq ki, Flikin “Barsa” ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdi. “Blauqrana” bu müddəti ən azı bir il uzatmaq niyyətindədi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri