Həkim diabetlə bağlı məşhur mifi təkzib ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bir çox insan şəkərli diabetin yalnız artıq çəkisi olan şəxslərdə yarandığını düşünür. Lakin əslində bu belə deyil.
Redaktor.az xəbər verir ki, terapevt Olqa Suxareva bu barədə “Telegram” kanalında məlumat verib.
Həkim bildirib ki, hətta normal çəkisi olan insanlarda da insulin sistemi düzgün fəaliyyət göstərməyə bilər. Bundan əlavə, orqanizmdə insulin reseptorlarının fəaliyyətində pozuntu yarana bilər.
Suxarevanın sözlərinə görə, artıq çəkisi olmayan insanlarda da diabet riskini artıran amillərdən biri bu xəstəliyə genetik meyillilikdir.
Terapevt qeyd edib ki, “skinny fat” (“arıq kök”) bədən quruluşuna sahib insanlarda da diabet riski daha yüksək ola bilər. Belə insanlar zahirən arıq görünsələr də, bədənlərində yağ faizi yüksək, əzələ kütləsi isə çox az olur.
Həkim vurğulayıb ki, əzələ kütləsinin azlığı insulin müqavimətinin yaranmasına səbəb ola və bununla da diabet riskini artıra bilər.
Qeyd edək ki, daha əvvəl endokrinoloq Sofya Tsaturyan şəkərli diabet zamanı hansı qidaların qəbul edilməməli olduğunu açıqlayıb. O, bu diaqnozu olan insanlara şəkər və şirniyyatlardan uzaq durmağı tövsiyə edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Avqust 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















