Məşhur insayder Messinin Argentinaya qayıdacağı barədə xəbərlərə aydınlıq gətirib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin vətəninə qayıdaraq “Nyuells Old Boyz”da çıxış edəcəyi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
İdman.Biz xəbər verir ki, məşhur insayder Fabritsio Romano 39 yaşlı futbolçunun gələcək planları barədə açıqlama verib.
Onun sözlərinə görə, Messi hazırda tamamilə “İnter Mayami”dəki çıxışına köklənib və “Nyuells Old Boyz”a qayıtmağı planlaşdırmır. Argentinalı ulduz ən azı 2028-ci ilə qədər futbol oynamağa davam etmək istəyir. Həmin tarixdən sonrakı karyerası ilə bağlı qərarı isə daha sonra verəcək.
Qeyd edək ki, bundan əvvəl Messinin 2027-ci ilin yanvarında yetirməsi olduğu “Nyuells Old Boyz”a keçə biləcəyi barədə məlumat yayılmışdı.
Bununla belə, Messinin “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilin dekabrına qədər qüvvədədir. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.
Argentina millisinin kapitanı bu müddətdə bütün turnirlərdə 122 oyuna çıxıb, 106 qol vurub və 58 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı argentinalı hücumçunun bazar dəyərini 15 milyon avro (30 milyon manat) qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















