Məşhur ispan serialının aktyorları Atatürklə bağlı filmdə: Bu sual təhqirdir
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Antalyada keçirilən tədbirdə “Atatürk 1881-1919” filminin rejissoru Mehmət Ada Öztəkin ekran əsərinin istehsal prosesindən danışıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor layihədə xarici aktyorların da iştirak etdiyini diqqətə çatdırıb:
"La Casa De Papel” serialından Helsinki obrazı ilə tanıdığınız Darko Periç, Con Ceyms, Lidija Kordic, Predraq Bjelac kimi mühüm insanlarla çalışdıq. Darko Periçlə ilk dəfə görüşəndə ondan soruşdum: 'Sən Atatürkü tanıyırsan? Heç haqqında eşitmisinizmi?”. Darko cavabında dedi: "Belə bir sualı təhqir hesab edirəm. Mən Atatürkü çox yaxşı tanıyıram və ona görə də bu layihədə iştirak etmək istəyirəm. Mən Atatürk üçün buradayam”.
Mehmət Ada Öztəkin polkovnik-leytenant Mustafa Kamalın 57-ci Alaya qoşulması səhnəsində Atatürk rolunu oynayan Aras Bulut İynemlinin hönkürərək ağladığını da açıqlayıb.
Baxış sayı:78
Bu xəbər 22 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















