Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Məşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev FOTOLAR

Məşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Haqqında bəlkə də yüzlərlə rəvayət və əfsanələr dolaşan məşhur sovet kəşfiyyatçısı  Rixard Zorge  (1895-1944) Bakının Sabunçu qəsəbəsində doğulmuşdu, atası Qustav alman, anası Nina  rus idi. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbi idi. 
Ailə bir necə il Bakıda qaldıqdan sonra Berlin şəhərinə köçmüşdü. 
Modern.az-ın məlumatına görə, bugünlərdə Rixard Zorgenin vaxtilə Bakıda yaşadığı evin fotoşəkli çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Həmin evin baxımsız vəziyyətdə olması paylaşıma yazılan şərhlərdə təəssüflə vurğlanıb.
Rixard Zorge Sabunçu qəsəbəsinin köhnə dar küçələrindən birində yerləşən bu evdə doğulmuş və üç yaşına qədər burada yaşamışdı. Evin qarşısına rus dilində vurulmuş daş lövhədə Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin burada yaşadığı bildirilib.

Rixard Zorge I Dünya müharibəsindən sonra siyasi baxışlarına görə Sovet Sosialist Respublikaları İttifaqına qaçmaq məcburiyyətində qalmışdı. SSRİ-də o, xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunmuşdu.
Rixard Zorgeni 1929-cu ildə Sovet hərbi kəşfiyyat idarəsi Almaniyaya uzunmüddətli ezamiyyətə göndərmişdi. Rixard Zorge mükəmməl analitik təfəkkürə, qeyri-adi hafizəyə, nüfuzedici baxışlara, dərin və soyuq təhlil qabiliyyətinə sahib idi. Bir neçə dil bilirdi. Zorge qısa zamanda sürətlə öz karyerasında irəliləyişlərə nail olmuşdu. Almanlar ona o qədər inanmışdılar ki, Zorgeni 1933-cü ildə Almaniya Nasional Sosialist Partiyasına üzv qəbul etmişdilər. Faşist Almaniyasının o zamankı xarici işlər naziri Ribbentropun təqdimatı ilə Rixard Zorgeni öncə Çinə, daha sonra Yaponiyaya göndərmişdilər. O, Çində Aleksandr Conson imzası ilə ABŞ qəzetlərinə beynəlxalq problemləri şərh edən silsilə məqalələr yazırdı. Zorgenin xidmətindən razı qalan almanlar daha sonra onu Tokiyoya ezam etmişdilər.

O, Tokioda “Franktfurer saytunq” qəzetinin xüsusi müxbiri çətiri altında çalışırdı. Qısa zamanda almanlar onu Almaniyanın Tokiodakı səfirliyinin mətbuat katibi vəzifəsinə yüksəltmişdilər. Zorge sovet kəşfiyyatından aldığı mühüm tapşırıqları yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Alman rəsmiləri ona ali, əsl ari irqin mənsubu kimi çox inanır və güvənirdilər. Tokiodakı alman səfiri O.Ottun da ondan gizləyəcəyi sirri yox idi. Zorge bu inamdan yararlanaraq, Moskvaya çox önəmli məlumatlar ötürürdü. Yaponiyada fəaliyyət göstərən bütün gizli kəşfiyyat əməkdaşlarının fəaliyyətinin koordinatoru Rixard Zorge idi.

1939-1946-cı illərdə Sovet hərbi kəşfiyyatına rəhbərlik etmiş general-leytenant P.M. Fitin onun qüsursuz işini çox bəyənmişdi.
1941-ci ildə səfirlik işçilərinin vasitəsi ilə Zorge Hitlerin “Barbarossa əməliyyatı” barədə məxfi məlumat öyrənir. Əməliyyatın təxmini başlama tarixini belə əldə edən Zorge bu barədə Moskvaya təcili raport göndərir. İosif Stalinə Yaponiyadan göndərilən gizli raport çatdırılsa da, o, buna əhəmiyyət vermir və Zorgenin məlumatlarına inanmır. Stalin nasistlərin belə bir səhv etməyəcəyini düşünürdü. Amma hadisələr SSRİ rəhbərinin yanıldığını göstərdi.

Zorgenin sonrakı vəzifəsinə Yaponiyanın SSRİ-yə hücum etməyəcəyini öyrənmək daxil idi. Zorge bu vəzifəni də böyük uğurla yerinə yetirdi. O, Yaponiyada 8 il şalışdı.
14 sentyabr 1941-ci ildə Tokiodan Moskvaya göndərdiyi məxfi məlumatda R.Zorge İosif Stalini əmin etmişdi ki, 1942-ci ilin ikinci yarısınadək Yaponya SSRİ-yə qətiyyən hücum etməyəcək. 
Məhz Zorgenin məlumatından sonra Ali Baş Komandan İosif Stalin Uzaq Şərqdə Yaponiyanın hərbi təcavüzünü dəf etməyə hazır dayanmış 26 diviziyanı, başqa sözlə, 286 min əsgəri, hərbi sursat və texnikanı Moskvanın müdafiəsinə cəlb etdi. Moskvanın 25 kilometriliyinə qədər irəliləmiş almanlara qarşı Uzaq Şərqdən gətirilən əlavə 26 diviziya, demək olar ki, müharibənin taleyini həll etdi, 6 dekabr 1941-ci ildə soyuğa davamlı Sibir diviziyaları almanları 250 kilometr geriyə çəkilməyə məcbur etdi. Müharibə başlayandan  aramsız olaraq sovet ərazilərinə doğru hücum edən almanlar ilk dəfə idi ki, belə irimiqyaslı döyüşü uduzdular.
Mənasız bir təsadüfdən yaxalanan sovet radisti şifrəli mətnlərin kodunu yapon polislərinə açıqlayandan sonra Zorgenin tutulması an məsələsi olur. Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olunur. Zorgenin sovet cəsusu olduğu müəyyənləşəndən sonra Yaponiyada yerləşən alman səfirliyinin əməkdaşları və səfir başda olmaqla bir çox adam çaşqınlıq içərisində idi.
R.Zorge Yaponiya həbsxanasında tam 1100 gün saxlanıldı, uzun-uzadı istintaq edildi. Tabeliyində olan şəxsləri qurtarmaq naminə çox şeyi öz üzərinə aldı.
1943-cü ilin 29 sentyabrında ona edam cəzası kəsildi. Rixard Zorgeni 7 noyabr 1944-cü ildə Tokiodakı Suqamo qapalı həbsxanasında edam etdilər.
Edamın ardından Zorgenin cəsədi Suqamo həbsxanasının məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığında torpağa basdırılıb.
Sonralar kəşfiyyatçının cəsəd qalıqları həbsxana məzarlığından çıxarılıb. Onun nəşinin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən tama məzarlığı seçilib. Rixard Zorgenin məzarı bu gün də orada yerləşməkdədir.
5 noyabr 1964-cü ildə SSRİ Siyasi Bürosunun yekdil tövsiyyəsi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin imzaladığı fərmanla Rixard Zorge ölümündən sonra  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Bakının Nəsimi rayonunda Rixard Zorgeyə abidə qoyulub. 1981-ci ildə ucaldılan abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Onun üzərində qəhrəmanın üzü həkk edilib.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri