Icma.az
close
up
RU
Məşhur milyarder QƏTLƏ YETİRİLİBMİŞ Oğlu həbs edildi FOTO

Məşhur milyarder QƏTLƏ YETİRİLİBMİŞ Oğlu həbs edildi FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Mango" geyim brendinin təsisçisi, 2024-cü ildə dağlarda müəmmalı şəraitdə həlak olan milyarder İsak Andikin oğlu Conatan Andik İspaniyada atasını qətlə yetirməkdə şübhəli bilinərək həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
45 yaşlı Conatan Andik artıq bir müddətdir ki, məxfi saxlanılan iş üzrə istintaq altında idi.
Kataloniya polisi hazırda onun telefonundakı məlumatları araşdırır. Andik ailəsi isə öz növbəsində bəyan edib ki, o, "məhkəmə araşdırması çərçivəsində" ifadə verir və onun məhkəmə sistemi ilə əməkdaşlığı "mütləq şəkildə davam edəcək".
71 yaşlı İsak Andik Montserrat dağlarında gəzinti zamanı həlak olub. Həmin vaxt onun yanında yalnız üç övladının ən böyüyü və ailə sərvətinin əsas varisi hesab olunan Conatan olub. Polisi də məhz o çağıraraq, atasının təsadüfən qayadan yıxılaraq bədbəxt hadisə nəticəsində öldüyünü bildirib.
 

Müstəntiqlər Andikin 100 metrdən çox hündürlükdən düşdüyünü müəyyən edib və ilkin olaraq hadisəni adi bədbəxt hadisə kimi araşdırıblar. Lakin Conatanın ifadələrində ziddiyyətlər aşkar edildikdən sonra iş yeni məcra alıb. Polis, xüsusən də onun hadisədən bir neçə gün əvvəl həmin marşrutda olduğunu müəyyən edib. Vəkilləri isə onun sadəcə səfərə hazırlaşdığını iddia edirlər.


İstintaq ata ilə oğul arasında xüsusilə şirkətin idarə olunmasında Conatanın rolu ilə bağlı ciddi münaqişələrin olduğunu təsdiqləyib. İsak Andik 2014-cü ildə idarəçiliyi oğluna ötürmək qərarına gəlsə də, bir il sonra yeni komanda formalaşdırmaq və şirkəti yenidən canlandırmaq üçün rəhbərliyə qayıtmaq məcburiyyətində qalıb. Bu isə onların arasındakı münasibətləri kəskinləşdirib.
Milyarderin ölümündən sonra ailədaxili münasibətlər də pisləşib. Onun sevgilisi və övladları miras üstündə mübahisə etməyə başlayıblar (biznesmenin sərvəti 4,5 milyard dollar qiymətləndirilirdi və o, İspaniyanın ən zəngin 5 şəxsindən biri idi).
 

Vəsiyyətnaməyə əsasən, biznesmenin mirası üç övladı arasında bölünməli idi. Bundan əlavə, o, son yeddi il ərzində yaxın münasibətdə olduğu 52 yaşlı keçmiş peşəkar qolfçu, sevgilisi Estefaniya Knuta 5 milyon avro miras qoyub.


Lakin Knut bu məbləği az hesab edərək 70 milyon avro tələb edib. Uzun sürən danışıqlardan sonra Andikin övladları və Knut ona təxminən 30 milyon avro ödənilməsi barədə ilkin razılığa gəliblər. Maraqlıdır ki, müstəntiqlərə biznesmenin oğlu ilə olan münaqişələri barədə məhz Estefaniya danışıb və bu, işdəki əsas ipuclarından birinə çevrilib. (Musavat.com)



Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri