Məşhur narkobaronun yerini bilənə 2 milyon mükafat
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Niderland Prokurorluğu Avropanın ən çox axtarılan cinayətkarları siyahısında yer alan narkobaron Yos Leydekkersin tutulmasına kömək edəcək məlumat üçün 2 milyon avro məbləğində rekord mükafat elan edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Prokurorluğuna istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, Leydekkers son bir neçə ildir Siyerra-Leonedə yaşayır. Niderland tərəfi onun ekstradisiyasını tələb etsə də, bu ölkənin hökuməti əməkdaşlıqdan imtina edib.
Agentliyin məlumatında bildirilir ki, yaranmış vəziyyət Avropa İttifaqını (Aİ) Siyerra-Leoneyə ayrılan yardımların bir hissəsini ixtisar etməyə vadar edib.
Elan edilən 2 milyon avroluq mükafat Niderland hakimiyyətinin indiyədək vəd etdiyi ən böyük məbləğdir. Bu vəsait Leydekkersin tutulması üçün həlledici əhəmiyyət daşıyan məlumatı təqdim edən şəxsə veriləcək.
Prokurorluq Leydekkersi beynəlxalq kokain ticarətinin ən mühüm iştirakçılarından biri kimi xarakterizə edir. O, Niderlandda "Kök Yos" ləqəbi ilə tanınır. Polis məlumatlarına görə, Siyerra-Leonedə isə Ömər Şərif adından istifadə edir.
Ötən il Niderland məhkəməsi 35 yaşlı Leydekkersi 7 tondan çox kokainin qaçaqmalçılığında təqsirli bilərək qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edib. Belçikada isə ona qiyabi olaraq 79 il həbs cəzası verilib.
Niderland rəsmilərinin hesablamalarına görə, Leydekkers kokain qaçaqmalçılığı yolu ilə on milyonlarla avro gəlir əldə edib. O, həmçinin çirkli pulların yuyulmasında və xüsusilə amansız zorakılıq əməllərində iştirak etməkdə şübhəli bilinir.
Hazırda Niderlandda onunla bağlı bir neçə cinayət işi üzrə istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 03 Noyabr 2026 05:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















