Icma.az
close
up
RU
Məşhur narkobaronun keçmiş arvadı doğuşdan dərhal sonra həbs edildi

Məşhur narkobaronun keçmiş arvadı doğuşdan dərhal sonra həbs edildi

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliyada narkobaronun keçmiş həyat yoldaşı blogger Danubiya de Sousa Ranjel körpəsi qucağında doğum şöbəsində həbs edilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ranjel tanınmış cinayətkar Nem da Rocinya ilə evli olub. O, narkotik alveri ilə məşğul olub və Braziliya hökuməti tərəfindən xalq düşməni hesab edilib. Qadın narkobarondan boşansa da, o, hələ də çirkli pulların yuyulmasında ittiham olunur.

Polislər Ranjelin hamilə olduğunu bilib və müxtəlif xəstəxanalarda doğuş zamanı qadınları izləyib. Beləliklə, qadını doğuşdan dərhal sonra yaxalaya biliblər. O, qadın cinayətkarları və onların yeni doğulmuş körpələrini saxlamaq üçün xüsusi mərkəzə göndərilib.

Orada qadınlar qəfəslərdə yaşamır, ana və uşaq otaqlarına baş çəkə, uşaq bezləri, uşaq paltarları kimi bütün lazımi malları dövlətdən ala bilərlər. Artıq bloggerin vəkilləri onun ev dustaqlığına buraxılması üçün məhkəmədə iddia qaldırıblar. Onların müraciətinə hələ ki baxılır.

Ranjel xəstəxanaya getdiyi təqdirdə həbs olunacağını bildiyini söyləyib. O, körpəsinin bətnində yanlış yola döndüyünü, ona görə də qeysəriyyə əməliyyatının lazım olduğunu izah edib. 

"Mən öz həyatımı və qızımın həyatını seçdim. Heç bir cinayət törətməmişəm", - o bəyan edib. 

Ranjel qızının Daun sindromlu doğulduğunu deyib.

Ranjel 2016-cı ildə narkotik ticarəti və korrupsiyada təqsirli bilinib. O, tutularaq həbsxanaya göndərilmədən əvvəl bir il qaçıb. O, 2024-cü ilin yanvarında azad edilib, lakin yeni ittihamlarla üzləşib. Keçmiş əri 2011-ci ildə tutulub.

Nema da Rosinyanın əsl adı Antonio Fransisko Bonfim Lopesdir. O, Amigos dos Amigos cinayətkar qrupunun liderlərindən biri və Boliviyada narkotik alverçiləri ilə əlaqədə olub. O, həbs olunmazdan əvvəl hər ay həmin ölkədən 200 kiloqrama yaxın gətirib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri