Məşhur paltaryuyanlarda 6 gizli qüsur: Alıcıları nə gözləyir?
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın məşhur LG markasına məxsus paltaryuyan maşınlar yüksək reytinqlərə sahib olsa da, istifadəçi rəyləri və servis mərkəzlərinin məlumatları bəzi ciddi çatışmazlıqları da ortaya çıxarır.
Demokrat.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri yazır.
Məlumata görə, ekspertlər və istifadəçi şikayətləri əsasında 6 əsas problem müəyyən edilib.
1. Paltarların nəm qalması və xoşagəlməz qoxu
İstifadəçilər bildirirlər ki, bəzi hallarda paltarlar tam sıxılmır və əlavə sıxma dövrü tələb olunur. Barabanda su qalarsa, bu kif və rütubət qoxusuna səbəb olur. Bəzi hallarda isə cihazdan kimyəvi yağ qoxusu yayıldığı qeyd olunur.
2. Kifayət qədər təmiz yuma nəticəsi
Bəzi modellərdə paltarların tam təmiz yuyulmaması ilə bağlı şikayətlər var. Testlər zamanı bəzi ləkələrin yuyulmadan sonra da qaldığı müşahidə olunub. İstifadəçilər də bəzən paltarların gözlənildiyi qədər təmiz çıxmadığını bildirirlər.
3. Həddindən artıq sərt yuma
İstifadəçilərə görə, bəzi LG modelləri zərif parçalarla kifayət qədər yumşaq davranmır. Nəticədə geyimlərin uzanması, zədələnməsi və hətta cırılması halları müşahidə oluna bilər. Bu, bəzən barabanda suyun az olması və parçaların bir-birinə daha çox sürtünməsi ilə izah edilir.
4. Yüksək səs səviyyəsi
Bəzi modellər işləmə və xüsusilə sıxma zamanı yüksək səs yaradır. İstifadəçilər barabanda balanssız yük olduqda cihazın daha çox “taqqıltı” səsləri çıxardığını bildirirlər.
5. Müştəri xidmətində çətinliklər
Şikayətlərə görə, texniki problemlər zamanı istifadəçilər uzun müddət dəstək xəttində gözləməli olur və problem bəzən operativ həll edilmir. Servis mərkəzlərinin düzgün ehtiyat hissələrini göndərməməsi də prosesləri uzadır.
6. Çətin və mürəkkəb zəmanət prosesi
Zəmanət xidmətinin mürəkkəb olması və ehtiyat hissələrinin bəzən bazarda tapılmaması təmir prosesini çətinləşdirir. Bu da xüsusilə cihazın ilk aylarda nasazlıq verməsi halında əlavə narahatlıq yaradır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Məşhur mağazalar alıcıları aldadıb RƏSMİ
30 İyul 2025 17:11
Avtomobil bazarında ŞOK YENİLİK Alıcıları ciddi dəyişiklik gözləyir!
20 Noyabr 2025 14:20
Yasamalda mənzil bazarında seçimlər genişlənir: alıcıları hansı imkanlar gözləyir?
12 Avqust 2026 15:55
Maşın alıcıları ucuz variant tapıblar
28 Aprel 2025 12:17
Avropada Azərbaycan qazının alıcıları artacaq
03 Mart 2026 08:34
Baxış sayı:169
Bu xəbər 04 İyun 2026 13:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları