Icma.az
close
up
RU
Avtomobil bazarında ŞOK YENİLİK Alıcıları ciddi dəyişiklik gözləyir!

Avtomobil bazarında ŞOK YENİLİK Alıcıları ciddi dəyişiklik gözləyir!

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son iki ildə Azərbaycana Çin avtomobillərinin idxalı rekord səviyyədə artıb. 2024-cü ilin 9 ayında 11 214 ədəd olan idxal, 2025-ci ildə 38 713 ədədə yüksəlib. Bildirilir ki, bunun böyük hissəsi qeyri-rəsmi idxaldır.

Sözügedən tendensiya maşın bazarında qiymətlərə necə təsir edə bilər?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev deyib ki, ötən il Azərbaycana 36 minə yaxın sıfır kilometrajlı avtomobil idxal edilib:

“Bunun təxminən 45 faizi fərdi şəxslərin gətirdiyi yeni avtomobillərin payına düşüb. Bu ilin ilk altı ayında isə paralel idxalın bazar payı artıq 70 faizi keçib, bu da kifayət qədər narahatedici göstəricidir. Hazırda həm Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin bitməsi, həm də Çində altı ay istismar olunmamış avtomobillərin ölkədən çıxışına məhdudiyyət qoyulması bazarda vəziyyəti dəyişəcək. Bu şərtlər fonunda təbii olaraq rəsmi idxalçılara üstünlük veriləcək. Onsuz da qeyri-rəsmi kanallarla gətirilən avtomobillərin əksəriyyəti problemli olurdu. Satıcı və alıcı arasında müxtəlif mübahisələr, aldadılma halları, vətəndaşlardan pul alınaraq 2 ay vədi ilə 4-5 ay gözlətdirmək kimi faktlar tez-tez müşahidə edilirdi. Artıq alıcılar da anlayacaqlar ki, Çindən avtomobil ən tez 6 aya gətirilə bilər və bu, minimum müddətdir”.

Maşın almaq istəyənlər mütləq oxusun - Kəskin dəyişiklik olacaq

Ekspert bildirib ki, həm vəsaitlərinin qorunması, həm də avtomobilin keyfiyyəti, təhlükəsizliyi üçün rəsmi idxalçılardan avtomobil əldə etmək daha sərfəli və əlverişlidir:

“Çində bir sıra avtomobil modellərinə verilən subsidiyalar azaldılıb, bəziləri isə tam ləğv olunub. Bu da qeyri-rəsmi idxalla gətirilən avtomobillərin qiymətlərinin artmasına səbəb olacaq. Əvvəllər rəsmi və qeyri-rəsmi idxal arasında avtomobilin markasından asılı olaraq 2 min manatdan başlayaraq 8-10 minə qədər qiymət fərqi olurdu. Lakin yaxın dövrdə bu fərqlərin ya tam aradan qalxması, ya da ən yaxşı halda 500-1000 manat civarında qalması gözlənilir”. /// Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see453

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri