Məşhur solistin ölümünə görə hotel işçisi saxlanıldı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Argentina hüquq-mühafizə orqanları ötən ilin oktyabrında hotelin eyvanından yıxılaraq ölən "One Direction" qrupunun solisti Liam Paynenin ölümünə görə daha bir nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Infobae” internet portalı məlumat yayıb.
Məlumata görə, Liam Payenin öldüyü hotelin əməkdaşı saxlanılıb. David Ezequiel Pereira özü hüquq-mühafizə orqanlarına təslim olub. O, musiqiçini öldüyü gün onu narkotiklə təmin etməkdə ittiham olunub.
Məhkəmə prosesi başa çatana qədər hotel əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
İş üzrə ümumilikdə beş təqsirləndirilən şəxs var. İki hotel işçisi və müğənninin nümayəndəsi qəsdən adam öldürmədə ittiham olunur. Müstəntiqlərin fikrincə, onlar Peynin həssas vəziyyətdə olduğunu bilə-bilə onu xilas etmək üçün tədbir görməyiblər.
31 yaşlı Peyn oktyabrın 16-da Buenos-Ayresdəki hoteldə ölü tapılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Yanvar 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















