Icma.az
close
up
RU
Məşhur təndirxanada yeməkdən QURD ÇIXDI

Məşhur təndirxanada yeməkdən QURD ÇIXDI

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bu cür hallar əsasən yay aylarında baş verir. Bişmiş ətin içərisindən qurd və ya hər hansı parazitə bənzər canlı aşkarlanması həm təhlükəlidir, həm də istehlakçının hüquqlarını ciddi şəkildə pozur".

News24.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında qida mühəndisi, nutrisoloq Fərid Səfərov deyib. 

O bildirib ki, bişmiş ətdə bu cür hallara rast gəlinməsi bir çox səbəblərdən baş verə bilər:

"Ət özü parazitə yoluxmuş ola bilər. Əgər heyvan sağlam deyilsə və ya ət baytarlıq nəzarətindən keçməyibsə, o zaman ətin içərisində helmintlər (qurdlar) və ya onların yumurtaları ola bilər. Bunlar düzgün bişirilmədikdə sağ qala bilirlər. 

Ətin tam bişməməsi də parazitin olmasına səbəb olur. Təndirdə və ya közdə bişirmə zamanı ət kənardan bişmiş görünə bilər, amma içərisi yaxşı istilik almadığı üçün çiy qala bilər. Bu da mövcud parazitlərin sağ qalmasına şərait yaradır.

Gigiyenik olmayan şəraitdə ət saxlanma və bişirilmə mərhələsində uçan həşəratlar, çirkli alətlər, açıq hava və s. vasitəsilə də çirklənə bilər".

Onun sözlərinə görə, istehlakçıların diqqət etməli olduğu bir çox məsələ var: 

"Ticarət obyektinin şəraitinə baxmaq, açıq havada, xüsusilə günəş altında satılan bişintilərdən uzaq durmaq lazımdır. Bişmiş ət bərabər qızarmalı, içi çiy və ya şirəli olmamalıdır.  Ət bişirən şəxsin əlcək, önlük geyinməsi və təmiz iş şəraiti vacibdir.

 Rəsmi və tanınmış obyektlərdən alınan məhsullarda ətin baytarlıq arayışı və nəzarəti olur. Küçə satıcılarında isə bu yoxdur.

Bəzi yerlərdə bir gün öncə qalan ətin təkrar qızdırılaraq satılması və yayda bişmiş ətlərin açıq havada satışı ciddi təhlükədir.

Buna səbəb isə hava şəraitində mikrobların daha sürətlə çoxalmasıdır. Ət bişirildikdən sonra 2 saatdan çox açıq havada saxlanmamalıdır. Külək, toz, həşəratlar bişmiş ətin üzərinə çirkləndirici faktorlar daşıya bilər".

Qeyd edək ki, Bakıda məşhur təndirxanalardan birindən alınan ətin içərisindən qurd çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri