Məşhur tiktoker Roşka həbsə göndərildi MƏHKƏMƏDƏ HÖKM
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Rövşən Süleymanzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki prosesdə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən istəmişdi.
Xatırladaq ki, "Roşka" ləqəbi ilə tanınan tiktoker bu ilin yanvarında sosial şəbəkələrdə canlı yayımlar zamanı əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Rövşən Süleymanzadəyə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) ilə ittiham irəli sürülüb.
Baxış sayı:146
Bu xəbər 13 Oktyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















