Məşhurlar 24 il sonranı təkrarladılar
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Əməkdar artist Nailə İslamzadənin sosial şəbəkə paylaşımı marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, teleaparıcı şəxsi instaqram hesabında Əməkdar artist Elxan Şirinovun məşhur "Bağışla" ifasını paylaşıb.
Sözügedən ifa 24 il əvvəl "Ailələr və talelər" verilişində səsləndirilib.
"24 il sonra... Eyni mahnı, başqa bir zaman və dəyişməyən bir duyğu. Elxan Şirinov 2002-ci ildə "Ailələr və talelər" verilişində oxuduğu "Bağışla" mahnısını illər sonra, bu dəfə İctimai Televiziyanın "Cümə axşamı" verilişində, çəkiliş arası fasilədə, keçən günlərdən danışarkən, bədahətən yenidən oxudu... Saleh Bağırov da həmin anı telefonunun kamerasına köçürdü. Videoda 2002-ci ilin mahnısı da var. Bəlkə də musiqinin ən gözəl möcüzəsi budur - illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr olduğu kimi qalır" - deyə, Əməkdar artist vurğulayıb.
Həmin kadrları təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 02 Oktyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















