Məşhurlar dənizdə öpüşərkən paparazzilərə YAXALANDILAR
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin tanınmış aktyorları Birce Akalay və Hakan Kurtaş Bodrum tətili zamanı kameralara tuş gəlib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir münasibətdə olan cütlük çimərlikdə səmimi və xoş əhval-ruhiyyəsi ilə diqqət çəkib.
Yalıçiftlikdə yerləşən çimərlikdə istirahət edən Akalay və Kurtaş əvvəlcə şezlonqlarda söhbət edib, daha sonra isə Egey dənizinin sərin sularına girərək vaxt keçiriblər. Cütlüyün dənizdə bir-birinə göstərdiyi sevgi dolu davranışlar və romantik anlar obyektivlərdə əks olunub.
Gün ərzində olduqca rahat görünən məşhurların zarafatlaşaraq əylənməsi də diqqətdən yayınmayıb. Gözlərdən uzaq münasibət yaşamağa üstünlük verən Birce Akalay və Hakan Kurtaşın Bodrum tətilindən görüntüləri qısa zamanda maqazin gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 İyul 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















