Icma.az
close
up
RU
Məşhurların məmur övladları ARAŞDIRMA

Məşhurların məmur övladları ARAŞDIRMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhurların özləri qədər ailə həyatları, övladları da daim cəmiyyətin diqqət mərkəzində olub. Ən çox danışılan və diqqəti öz üzərinə çəkənlər isə övladı vəzifədə olan məşhurlardır.

Avtosfer.az "Bizim.Media"ya istinadən övladı vəzifədə olan həmin məşhurların siyahısını təqdim edir:

Eldar Mansurov

Eldar Mansurovun iki oğlu hazırda vəzifədədir.

Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədridir. O, əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

E.Mansurovun digər oğlu Anar Mansurov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Anar Eldar oğlu Mansurov bu təyinata qədər 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2008-2011-ci illərdə Maliyyə menecmenti departamentində müxtəlif vəzifələrdə çalışıb. 2011-2017-ci illərdə "Azərikard” MMC-də Maliyyə menecmenti departamentinin direktoru vəzifəsində çalışıb. 2019-2022-ci illərdə isə "AzReTəkrarsığorta” ASC-də Direktorlar Şurasının müstəqil üzvü, eyni zamanda 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust ayınadək "AzerGold” QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb. 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Zeynəb Xanlarova

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur. Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.

O, əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb. 2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.

2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub. 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 

Anar

Yazıçı Anarın oğlu Tural Rzayev də yüksək vəzifədədir. Tural Rzayev 2022-ci ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, daha öncə Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.

Elçin Əfəndiyev

Yazıçı Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva 1 fevral 2021-ci ildən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimidir. O, 2001–2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında müxtəlif vəzifələrdə – sədr müavininin köməkçisi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.

Onun digər qızı Günay Əfəndiyeva isə 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 14 saylı Xəzər–Pirallahı seçki dairəsindən bitərəf namizəd kimi qalib gələrək Milli Məclisin VII çağırış deputatı seçilib. Hazırda Mədəniyyət komitəsinin sədr müavini və Səhiyyə komitəsinin üzvüdür. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının və bir çox ölkələrlə parlamentlərarası işçi qrupların üzvüdür.

O, 2009–2015-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. 2015-2023-cü illərdə Türk Dövlətləri Təşkilatının (TDT) qərarına əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

Amaliya Pənahova 

Mərhum Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun oğlu İlqar Muxtarov diplomatdır. O, 2022-ci ildə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İ. Muxtarov daha əvvəl Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Honduras Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

İlqar Muradov

 Xalq artisti İlqar Muradovun oğlu Tural Muradov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışır. 

Rəhim Əliyev

Filologiya elmləri doktoru, yazıçı, tənqidçi Rəhim Əliyevin oğlu Anar Əliyev bu fevralın 7-si Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, bu təyinata qədər müvafiq nazirlikdə nazir müavini olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see733

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see486

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see286

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see225

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see212

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see200

Dondurma dadında banan

13 İyul 2026 18:44see200

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see190

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see189

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see178

Hollivud filmləri Bakıda rusca göstərilir Rusiya oyunu

13 İyul 2026 12:38see176

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see164

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see164

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see163

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see162

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see161

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

13 İyul 2026 12:52see159

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see159

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see158

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri