Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

“Məşq etməyə meydança tapmırıq, Fransa ilə oyundan danışırıq” Qara Qarayev

“Məşq etməyə meydança tapmırıq, Fransa ilə oyundan danışırıq” Qara Qarayev

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev dünən Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Əvvəlcə istərdik 1:1-lik heç-heçəni şərh edəsiniz. Qələbə qazanmağınız üçün nə çatışmadı?

Həm “Neftçi”, həm də biz qol epizodları yarada bildik. Bəlkə də qalibiyyət bizə daha çox şey verərdi. Lakin hazırda heyətlə bağlı bəzi problemlərimiz var. Onlar aradan qalxandan sonra daha yaxşı nəticələr əldə edəcəyik.

- 6-cı dəqiqədə artıq hesab 1:1 idi və o cür başlanğıcdan sonra hər kəs bol qollu bir matç gözləyirdi...

- 1:1-dən sonra da şanslarımız oldu. Bəlkə də ikinci qolu vura bilsəydik, oyunun məcrası dəyişəcəkdi. Təəssüf ki, alınmadı. Ümumilikdə, yaxşı oyun oldu.

- “Turan Tovuz”un bir gün əvvəl uduzduğunu nəzərə alsaq, deyə bilərik ki, “Neftçi” ilə matç da 1 xal da “Araz-Naxçıvan” üçün qazanc oldu?

- Bəli, elədir. Qalib gələ bilmədik. Amma heç-heçə sayəsində dördüncü yerlə aramızda xal fərqini artırdıq.

- “Neftçi”nin müdafiəçisi Yuri Matias oyundan sonra qeyd etdi ki, ikinci hissədə “Araz-Naxçıvan” nə özü oynadı, nə bizə oynamağa imkan verdi. Bu fikirlə razısınız?

- Hər futbolçunun bir baxışı var. Düşünümürəm ki, elədir. Biz ikinci qolu vurmaq, qalib gəlmək istəyirdik. Bəlkə də təzyiqi artırsaydıq, daha yaxşı nəticə əldə edərdik.

- Qarşıdan kubok gəlir. “Qarabağ”a qarşı keçiriləcək yarımfinalın ilk matçından gözləntiləriniz nədir?

Hər oyuna ciddi yanaşmalıyıq. Artıq bu gündən kubok matçına hazırlaşacağıq. Hər oyun vacibdir. Elmar müəllim kubokda uğur qazanan məşqçidir. Bizi yaxşı hazırlaşdıra biləcək. Rəqib barədə də deyiləcək söz yoxdur. “Qarabağ”ın gücü hamıya məlumdur. Məncə, qrafikin sıx olması bizə problem yaradacaq, “Qarabağ”a yox. İstənilən halda işimiz budur, çətinliklərin öhdəsindən gəlməliyik.

- “Araz Naxçıvan”ın hər iki cəbhədə sona qədər vuruşmağa gücü çatacaq?

- Əlbəttə. Elə bir komanda tanımıram ki, desin, kubok mənə lazım deyil.

- Son matçlarda “Araz-Naxçıvan”ın oyunlarında tez-tez gərginlik yanaşır. Bu, komandanın istənilən nəticələri qazana bilməməsi ilə bağlıdır?

- Əvvəlki dövrələrdə rəqibləri məğlub etməyimiz onlarda aqressiya yaradıb. Artıq dördüncü dövrədi deyə vəziyyəti dəyişmək istəyirlər. Digər tərəfdən də aqresissya olmasa, uğur qazanmaq mümkün deyil. Topa, rəqibə qarşı mütləq aqressiya olmalıdır.

- Yəqin ki, millinin Haiti və Belarusla yoxlama oyunlarını izləmisiniz. Fikirləriniz necədir?

- Millinin oyunçuları barədə heç nə deməyəcəyəm. Hər zaman onlara dəstəyəm və dəstək də olacağam. Çünki onlar dəstəyə layiqdirlər. Biz problemi meydançada görürüksə, tamam, futbolçuların hamısını tənqid etmək lazımdır. Lakin bizdə futbolçu yetişmirsə, bir mövqeyə 3-4 futbolçu çağıra bilmiriksə, deməli, problem meydandan kənardadır. Oyunçu yetişdirə bilmirik, fərqli şeylərə diqqət yetirməliyik. Bu gün biz məşq etməyə meydança tapa bilmirik. Stadion problemi yaşayırıq. Amma deyirik ki, sabah Fransaya qarşı heyət düzəltməliyik. Bu, nə dərəcədə mümkündür? Vəziyyət dəyişmirsə, şərait yoxdursa, heç bir məhsul götürə bilməyəcəyik. Çətin periodda futbolçularımıza sahib çıxmalıyıq. Demirəm yaxşı oynayırlar. Biz də vaxtı ilə uduzmuşuq. İdmançılarımızı tənqid edib dəstəkləməliyik. Həm sevgi, həm qorxu olmalıdır ki, işlərinə məsuliyyəti yanaşsınlar. Bəlkə bir qədər boşluqdu deyə yaxşı hazırlaşmırlar. Lakin bu, azarkeş qarşısında səbəb deyil. İstər “Araz-Naxçıvan”da, istər millidə hamı bizdən nəticə gözləyir. Uğursuz nəticədən sonra evə gedəndə valideynlərimiz belə bizdən narazı qalıblar. Elə olub ki, uduzduğumuz oyundan sonra atam mənimlə söhbət eləmək istəməyib. Onların da həyatı bizdən seçilmir.

- “Araz-Naxçıvan” üçüncü pillədə qərarlaşsa da, komandanızdan heç kim milliyə dəvət almadı...

- Məncə, ən layiqli namizəd Urfan Abbasov idi. Düşünürəm ki, onu yığmaya çağırmaq olardı. Yaxşı da kömək edərdi. Eləcə də Slaviki.

- Sizin də milliyə dəvət alacağınızı gözləyənlər çox idi. Bəs Qara Qarayev özü millidən dəvət gözləyirdi?

Bir ara zədələndim, bir qədər kənarda qaldım. Ola bilər bu məqam məşqçilərin fikrini dəyişdi. Çox istəyirəm ki, milli komandada daha 1-2 oyun keçirim və milli ilə vidalaşım.

- Hər halda yay toplanışı zamanı – Latviya və Macarıstanla oyunlarda bunu reallaşdırmaq mümkündür.

- Bəlkə yay toplanışına qədər gözlədim. Sonra millidəki karyeramla bağlı qərar verəcəm. İstənilən halda getsəm də, getməsəm də, ürəyimiz hər zaman milli üçün, bayraq üçün döyünüb, hər zaman da belə olacaq.

- Premyer Liqada legioner limitinin ləğvinə münasibətiniz necədir?

- Baxır hansı prizmadan soruşursunuz. Məsələn, AFFA tərəfdən tam haqlı qərardır, yerli futbolçular prizmasından tam haqsızdır. Media tərəfdən elədir ki, jurnalistlərin yarısı dəstəkləyir bu qərarı, yarısı yox. İstənilən halda zaman lazımdır. Belə görünür ki, milli komandanı artıq gözdən çıxarmışıq. Legioner limitinin ləğvindən sonra millidən hər hansı uğur gözləyiriksə, bu, sadəlövhlükdür. Gözləməməliyik. Biz futbolçu yetişdirməliyik. Yetişdirmək üçün heç bir mexanizmi işə salmadıqsa, biz millidən nə gözləyək? Sırf çempionat baxımından da dəqiq nəsə demək çətindir. Bəlkə gələn mövsüm daha yaxşı alındı, bəlkə də pis. Bu vaxta qədər Azərbaycana elə legionerlər gətiriblər ki, heç bir müəssisəyə işə götürmərsən. Amma onlar gətiriblər, heyətə daxil edə biliblər. Əsas sual odur ki, bu mexanizmə kim nəzarət edəcək? Düşünürüksə ki, limitin ləğvi hər şeyin üzərindən xətt çəkəcək, biz fantastik nəticələr əldə edəcəyik, xeyr, elə deyil. Legionet limitinin ləğvi qaraların, ürfanların, vadimlərin inkişafının qarşısını alacaq. Sonra ayılacağıq ki, bizdə futbolçu yoxdur və yenidən başlayacağıq. Yenə də 5-10 il vaxt lazım olacaq, yenə kimisə xərcləyəyik, kiminsə üstünə gedəcəyik. Kim oynayırsa, onları tənqid edəcəyik. Soyuq başla fikirləşmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Mart 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri