Messi millidəki növbəti rekordunu vurub Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Argentinalı hücumçu Lionel Messi milli komandalarda ötürmələrin sayına görə tarixi rekordu təkrarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, noyabrın 20-nə keçən gecə Argentina millisi 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Peru millisinə 1:0 hesabı ilə qalib gəlib. Bu qarşıdurmada yeganə qolu Lautaro Martinez vurub. Qolunn assistini hazırda millidə 58 məhsuldar ötürmə edən Messi edib.
Amerikalı futbolçu Lendon Donovan ABŞ millisinin tərkibində eyni sayda məhsuldar ötürmə edib.
Seçmə turnir cədvəlinə 25 xalla Argentina başçılıq edir. Peru yığması 7 xalla sonuncu yerdədir.
Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















