Messi: Xoşbəxt deyildim, məşqlərdən, oyunlardan zövq almırdım
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"İnter Mayami"nin dünyaca məşhur futbolçusu Lionel Messi PSJ klubundakı ayrılığından söz açıb.
Sportal az xəbər verir ki, argentinalı ulduz futbolçu burada xoşbəxt olduğunu da gizlətməyib.
"Həmişə MLS-də oynamaq haqqında düşünmüşəm. Bunu dəfələrlə demişəm. Bu liqa məni cəlb edirdi və orada oynamaq istəyirdim. "İnter Mayami"də oynamaq imkanı yarandı. "Barselona"dan məcburi ayrıldıqdan sonra ora keçmişdim. Bu iki il mənim üçün o qədər də xoş keçmədi. Xoşbəxt deyildim, məşqlərdən, oyunlardan zövq almırdım, adaptasiya prosesi mənim üçün çətin idi.
Mən "İnter Mayami"yə keçmək istədiyimi hiss edirdim - böyüyən və hələ çox gənc olan bir klub, cəmi bir neçə illik tarixi var. Onun inkişafına kömək etmək ideyası xoşuma gəldi. Üstəlik, bilirdim ki, bu şəhər həm mənə, həm də ailəmə xoş olacaq. Burada əvvəllər bir neçə dəfə olmuşdum, amma dostlarım və ailəm şəhər haqqında çox danışırdılar. Mən isə düşündüm ki, doğru zaman yetişib. Və indi heç də peşman deyiləm" - deyə Messi bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Mart 2025 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















