Icma.az
close
up
RU
“Messiyə dörd ildə təxminən 1400 iynə vurulub” Uşaqlıq həkimi DANIŞDI

“Messiyə dörd ildə təxminən 1400 iynə vurulub” Uşaqlıq həkimi DANIŞDI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lionel Messinin uşaqlıq həkimi Dieqo Şvarsşteyn argentinalının səhhətindəki problemlərin öhdəsindən necə gəldiyini söyləyib.

"Onu mənim sevimli klubum "Nyuells Old Boyz"un bossları müalicə üçün yanıma göndərdilər. Dedilər ki, min oğlan var, amma bu, mütləq ən yaxşısıdır. Messi yanıma gələndə onun 10 yaşı var idi və boyu çox qısa idi - 125 santimetr”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Dieqo Şvarsşteyn deyib.

Həkimin sözlərinə görə, Messi heç bir qaydaya uyğun gəlmirmiş: “Nəyinsə səhv olduğu aydın idi. Ətraflı təhlillər dörd ay davam etdi. Ailəsi zəngin deyildi və bu, prosesi çətinləşdirirdi. Məlum olub ki, Messinin bədənində kifayət qədər böyümə hormonu istehsal olunmayıb. 20.000 uşaqdan biri bu qüsurla doğulur.

Mən onu üç ildən çox müalicə etdim. O, yaxşı xəstə idi, problemli deyildi. Aydın idi: Leo futbol oynamaq üçün hər şeyi edərdi. Bəzi insanlar estetik səbəblərə görə boy uzatmaq, bəziləri qızları sevindirmək, Messi isə ən yüksək dünya səviyyəsində oynamaq üçün uzun boylu olmaq istəyirdi. Mən o zaman ona dedim: “Boyuna görə narahat olma. Sən Maradonadan da hündür olacaqsan.

Və həqiqətən də belə oldu. Messinin boyu dörd santimetr Maradonanın (165 santimetr) boyundan yüksəkdir. O zaman mən ancaq onun hündür olacağına əmin idim. İndi başa düşürəm ki, Leo da daha yaxşıdır”.

Həkim qeyd edib ki, müalicə onun ayağına və ya qoluna hər gün böyümə hormonu vurulmasından ibarət olub: “Amma heç vaxt şikayət etmədi, çox qərarlı idi. Ümumilikdə müalicələr dörd il davam etdi, ona 1400-ə yaxın iynə vuruldu.

Müalicə 2000-2001-ci illərdə risk altında idi. Ayda 1300 dollara başa gəlirdi. Argentina böyük iqtisadi böhran keçirəndə bir çox tibbi sığorta şirkətləri, o cümlədən Messinin atası Xorxe də problemlərlə üzləşdi. Bir neçə ay bacardıq, amma sonra təhsil aldığım Barselonaya getməli olduq. Kataloniya klubu xərclərin bir hissəsini öz üzərinə götürdü, amma müalicənin 70 faizi biz gedənə qədər Argentinada edildi”.
Həkimin fikrincə, bu müalicənin bir növ dopinq olduğunu düşünən adam axmaqdır: “Bu iynələrin bir futbolçu kimi ona heç bir təsiri olmadı. Biz yalnız onun şanslarını başqaları ilə bərabərləşdirdik. Dərman olmasaydı, 10-15 santimetr qısa olardı və indiki səviyyəsinə belə yaxınlaşa bilməzdi.

Messi ilə sonuncu dəfə 2014-cü ildə danışmışdıq. Mən “Barselona”nın oyunlarında olmuşam və onun atası ilə çox yaxşı münasibətim var”, - Şvarsşteyn bildirib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri