Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

O uşaqlıq, bu uşaqlıq...

O uşaqlıq, bu uşaqlıq...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bu gündən dünənə… Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq… O oyunlar, bu oyunlar… Uşaqların bir-birinə o sevgisi, bu sevgisi… Həyət dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şaqraq gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. “Beşdaş”dan başlardıq. Bunun üçün saatlarla daş axtarıb yığar-yığar, daha sonra içindən hamarların, yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun… Günlərlə bu daşların ən qəşəngin axtarardıq. Hələ gözdən oğurlanıb daş yığmağa yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atar-tutar, barmaqların on çeşidli formasından keçirərək qalib olar, xoş saatlar yaşayardıq… Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əllərimizin bir andaca hərəkəti saatlarla bir idmana bərabərdi. Daşlaşardı o mənalı uşaqlığımız bu daşlarda. Gün, ay nədir? – ötən, gedən. Qalan nədir? – tək xatirə…

Tək “Beşdaş”mı? Xeyr. “Evcik-evcik” oyunumuz da var idi. Daşıyardıq ev-eşikdən palaz-paltar, qab-qacaq, gəlinciklər küçəmizə. Bir guşəyə palaz açıb “evimizi” qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evciklərə daşıyardıq. O illərin “Evcik-evcik” oyunundan yaddaşlara nələr hopub? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xırdalanmış pendir səpib “ailə” üçün hazırlanan yemək olub. Necə şirin yeyərdilər uşaqlar bu “yeməyi”. Uzun illər bu “yeməyi” xəyallardan ala bilmir… Bir sözümüz birimizə bəd gələndə küsüşərdik, küsülülük yuxumuzu ərşə çəkər, küsülülük bitənədək əzab çəkər, barışmağa can atardıq.

Binaların blokları “konsert zallarımız” idi. Pilləkənlər oturacaq. Qarşıdakı kiçicik bir “meydança” da çalanların, oxuyanların yeri idi. Musiqi məktəbində oxuyan uşaqların biri qarmon, nağarasın, biri tarın, kamançasın gətirərdi. Səsi olan oxuyardı. Yaşıdımız tamaşaçılar pilləkəndə çalanları alqışlardı. Oxuduğumuz yerdəcə mahnıların sözlərini unudardıq, bir andaca deyib-gülüb bir-birimizə qarışardıq. Açılardı birinci mərtəbədən bir qapı: “Ay uşaqlar, sizin əlinizdən biz hara gedək?” Açılardı ikinci mərtəbədən bir qapı: “Ay uşaqlar, bu nə səsdir?”… Qovulmaq qorxusu çökərdi üstümüzə. Böyüklərə nə var ki, alardılar pillələri əlimizdən, sevdiyimiz bu “zalı”. Başqa yerdə konsert olar? Tamaşaçı bəs harada əyləşərdi, çalanları, oxuyanları o haradan dinlərdi? Bax? bunları düşünərək susardıq biz… Xatirələrə çevrilən mənzərələr bu günlərdə anılanda düşünürəm: – Böyüklərin hirsinə baxmayın, qoymasaydılar, qoymazdılar bizi o pillələrə. O səs-küyə tab gətirmək asanmıdır? Gözlərinin önündəcə olmaq üçün onlar bizə susurdular. Tək bununçün? Xeyr. Lap sonralar bildim ki, mən onlar bizi qapılardan dinləyirmiş… Sən demə, tamaşaçı tək məhəllə uşaqları deyilmiş. Qapının o tərəfində bizlə yaman qürur duyan neçə-neçə analar da, xalalar da var imiş…

“Yeddi daş”, “Ortada qaldı”, “Gizlən-qaç”, “Bənövşə, bəndə düşə”, “Ocaq yandı, su qaynadı”, “Əlimi siçan dişlədi”, “ Xan-vəzir”, “Tıx-tıx”, “Dama-dama”, “Fincan-fincan”, “Top divarda”dan danışmıram. İndi məhəllə uşaqları hər üzü şumal olan yeddi daş heç axtarmırlar. Onları üst-üstə yığıb topun güclü zərbəsilə heç ətrafa dağıtmırlar. İndi heç “Alma desəm aç, armud desəm, açma!”, – deyən də yoxdur. Dəqiqələrlə ortada qalıb topun zərbələrindən qurtulmaq üçün o yana-bu yana qaçan da yoxdur. Bənövşə də küskün düşüb, üz çevirib, heç yaxına gəlmir ki, bəndə düşə, ya düşməyə... Ocaq yanmır, su qaynamır.

Məhəllələrdə indi bir zamanlar təbaşirlə çəkdiyimiz dama yoxdur. Yağışın, bir də qarın pozmasından məyuslandığımız damaları gör nə vaxtdır, “sel aparıb”. “Top divarda”n enib, “Xan-vəzir” ta unudulub, “Tıx-tıx” yada düşmür, “Fincan-fincan” da oynanmır. İndi artıq o körpəcə əlləri də heç siçanlar dişləmir. Siçanlar yerini “maus”a verib. “Maus”larsa əl dişləmir, ruhu dişləyir. Kompüterlər, smartfonlar, planşetlər, bir də ki playstationlar əvəzləyib o gözəl oyunları. Xoş xatirə qaynağı o ziyansız, zərərsiz oyunları…

Tez-tez keçirəm məhəllələrdən. Yaman sükut çöküb məhəllələrə. Sanki uşaqlar yoxdur, hara isə gediblər. Lal sükut… Bu sükutu yaradan nə? Təbii ki, kompüter, telefonlar, planşetlər… Uşaqların əllərinə öz əlimizlə verdiyimiz xəstəliklər. Səsi çıxmasın, başı qarışsın, çöl-bayır istəməsin deyə, verdiyimiz telefonlar. Saatlarla kompüter qarşısına çökdürdüyümüz uşaqlar. Yorğun gözlər, əldən düşmüş sümüklər… Onurğası durğunluqdan “dil açan”, özü isə əsla usanmayan, doymayan uşaqlar…

Məhəllələrdə görürəm hərdən az-maz uşaq. Əllərində planşetlər, smartfonlar… Bir kənarda anaları söhbət edir qonşularla şirin-şirin. Uşaqlarsa saatlarla oyunlarda. Körpələri vəhşiliyə sürükləyən oyunlarda… Telefondan gələn səslərə bax, gör necə də ətraflarda gurlayır: atışmalar, çığırışmalar, vahimələr… Bir kənardasa yelləncəklər, on cür oyun qurğuları. Baxdıqca uşaq olmaq istəyirəm... Bir zamanlar heç tapmazdıq bunları. Ağaclardan kəndir asıb yelləncəklər qurardıq. Yelləndikcə nazikləşən kəndirlərsə qəflətən qırılar, üzüüstə yerə düşüb, yamanca yaralanardıq... Hayqırmaq istəyirəm: – Ay uşaqlar, yerə qoyun telefonları, gəlin yellənin, atılın-düşün, gününüzü heç olmasa bu oyunlarla keçirin...

Ana susur, ata susur… Nə üçün görən? Özlərinin uşaqlıqda oynadığı oyunları görən niyə öyrətmirlər uşaqlara? Gözlərinin önündəcə övladları yuvarlanır ətalətə, xəstəliyə, süstlüyə… Bilə-bilə, görə-görə görən niyə susur ana? Olanlara, keçənlərə nə üçün göz yumur ata?

Heç gec deyil, ay atalar, ay analar! Uşaqları aparın öz keçmişinizə. Oyunlara qonaq edin, onlara da daddırın o şirinliyi, savab edin. O illərdən uşaqlara bir pay verin… Edin, hökmən edin. Uşaqlara gələcəkdə bir zamanlardan danışmağa söz verin…

…Bir zamanlar “ Beşdaş”, “Yeddi daş” oynardıq. Başlayardı bu daşlardan oyunlarımız. Heç bitməzdi, tükənməzdi… Daşlaşıbdır uşaqlığımız o daşlarda. O kiçicik daşlardan başlayan oyunlarda… Harda görsən o daşlardan, xatirələr düşür yada. ­Şirin-şəkər xatirələr. Uşaqlıqdan qalan gözəl xatirələr...

İndi deyin, necə uçmasın xəyal o illərə? Noğul kimi oyunlardan bu gün əsər qalmayan o illərə…

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see305

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see257

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see255

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see249

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see240

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see221

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see220

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see208

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see201

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see200

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see198

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see194

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see190

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see185

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see181

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see178

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see177

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see176

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see167

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri