Məsud Pezeşkian: Qonşu dövlətlər buna imkan vermədilər
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qonşularımız bəzi insanların ölkəyə girməsinə və iğtişaşlar yaratmasına icazə vermədilər".
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib: "Qonşularımızla münasibətlərimiz əvvəlkindən daha yaxşıdır və qonşu ölkələr bizimlə çox yaxşı əməkdaşlıq edir. Bu müharibə və gərginlik zamanı onların (ABŞ-İsrail - red.) planlarından biri ölkənin şimal-qərb və cənub-şərqində iğtişaşlar yaratmaq idi. Deyirdilər ki, insanlar sərhədlərin o tayından gəlib bu ərazilərdə iğtişaşlar yaradacaqlar. Lakin regiondakı ölkələr heç kimin sərhədin o tayından asanlıqla gəlib iğtişaşlar yaratmasına icazə vermədi. pizza sifarişi
Bu, çox vacib bir məsələdir. Yəni qonşularımız bəzi insanların ölkəyə daxil olmasına və iğtişaş yaratmasına icazə vermədilər. Onlar nəinki buna icazə vermədilər, həm də bizə kömək etdilər. Bunu demək asandır, amma qonşular arasında və ölkə daxilində bu konsensusa və empatiyaya nail olmaq, düşmənin bütün planların mane olacaq şəkildə asan bir iş deyildi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















