Məsud Pezeşkian və Asim Munir ABŞ ilə danışıqları müzakirə ediblər
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir görüşüb, Vaşinqtonla Tehran arasındakı gərginliyin diplomatik həllini müzakirə ediblər.
Moderator.az IRIB-yə istinadən xəbər verir ki, M. Pezeşkian söhbət zamanı ABŞ-nin İranla münasibətdə yanaşmasını dəyişməli olduğunu qabardıb.
"Bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olması, İslam ölkələri ilə qarşılıqlı əlaqə əsas zərurətdir", - o bildirib və əlavə edib ki, İran İslam ölkələri və qonşuları ilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində hər cür əməkdaşlığa və qarşılıqlı əlaqəyə hazırdır.
Onun fikrincə, İslam ölkələrinin həmrəyliyi İsrailə qarşı ən çəkindirici amildir: "Bu yaxınlaşma reallaşdığı təqdirdə, düşmənlər öz məqsədlərini irəli apara bilməyəcəklər. İslamabadın diplomatik səyləri ilə bölgə və İslam dünyası inkişaf edəcək".
A. Münir isə ortaq məqsədləri irəli aparmaq və hərtərəfli razılaşma əldə etmək üçün diplomatik proseslərin tam dəqiqlik və həssaslıqla müzakirə edilib araşdırılmasının zəruri olduğunu vurğulayıb: "Pakistan vasitəçi rolunu qətiyyətlə davam etdirəcək və inanır ki, bu böhranın sona çatması yenidənqurma, regional inkişaf və kollektiv təhlükəsizliyin təmin edilməsi istiqamətində hərtərəfli əməkdaşlığın yeni fəslinin başlanğıcı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Avqust 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















