Mesut Özilə AKP də vəzifə verildi
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid”, “Arsenal” və “Fənərbağça” kimi futbol komandalarında çıxış etmiş Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsud Özil Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəz Qərar və İdarə Komissiyasının (MQİK) üzvü seçilib
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK Partiyanın 8-ci Böyük Qurultayı Ankarada keçirilir. Qurultayda 1 607 nümayəndə səs verir və yeni rəhbərlik müəyyənləşdirilir.
Partiya sədri Rəcəb Tayyib Ərdoğan qurultayda Mərkəz İcra Komissiyası və MQİK heyətlərini açıqlayıb və Məsud Özil də bu siyahıya daxil edilib.
Qeyd edək ki, Özil futbolçu karyerasını 2023-cü ildə başa vurub.

Fənərbağça prezidentindən Mesut Özilə 9 milyonluq jest Görün nə hədiyyə etdi FOTO
22 Yanvar 2025 15:02
Mesut Özil AKP rəhbərliyinə daxil oldu
25 Fevral 2025 11:45
A kişi, sən də çox utancaqsan Ərdoğandan Özilə (VİDEO)
03 Fevral 2025 15:10
Əziz Yıldırım Məsut Özilə jest etməsi barədə xəbəri təkzib etdi
22 Yanvar 2025 15:50

