“Meta” 18 milyard dollar cərimə ödəyəcək
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Meta” şirkəti ABŞ ştatlarının əksəriyyətinin “Facebook” və “Instagram”a qarşı irəli sürdüyü iddiaları həll etmək üçün 18 milyard dollara qədər vəsait ödəməyə razılaşıb. Razılaşmanın bir hissəsi olaraq, şirkət on il müddətinə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini gündə iki saatla məhdudlaşdıracaq və valideynlərin razılığı olmadan gecə yarısından səhər saat 6-ya qədər platformalara girişi bloklayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bu saziş “Meta”nı uşaqların sosial şəbəkələrdən asılılığını artıran funksiyalar hazırlamaqda və istifadəçiləri platformaların təhlükəsizliyi barədə çaşdırmaqda ittiham edən federal məhkəmə prosesinə son qoyur. Şirkət hər hansı bir qayda pozuntusunu boynuna almayıb.
Ümumilikdə “Meta” 48 ştata, Vaşinqtona, Kolumbiya dairəsinə, Puerto-Rikoya, Amerika Samoasına və Şimali Marian adalarına 17,6 milyard dollardan çox vəsait ödəməli olacaq.
Şirkət daha 459 milyon dolları isə “Cambridge Analytica” işində məlumatların məxfiliyi ilə bağlı iddiaların həllinə yönəldəcək. Bu çərçivədə Kaliforniya 2,2 milyard dollar, Nyu-York və Texas ştatlarının hər biri isə 1 milyard dollardan çox vəsait alacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Avqust 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















