Icma.az
close
up
RU
Mətbəxlərinə öyrəşmək vaxt alır Deputatların Çin təəssüratları

Mətbəxlərinə öyrəşmək vaxt alır Deputatların Çin təəssüratları

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir. Müxtəlif sahələrdə əməkdaşlıq ölkələr arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Çin Xalq Respublikası öz qədim tarixi, zəngin mədəni irsi və spesifik dəyərləri ilə dünyada fərqlənən ölkələrdən biridir. 

Azərbaycan vətəndaşları üçün Çinə vizasız gediş-gəlişin tətbiqi isə qarşılıqlı əlaqələri daha da asanlaşdırıb. Artıq azərbaycanlılar həm işgüzar məqsədlə, həm də turizm üçün bu böyük və maraqlı ölkəni daha rahat şəkildə ziyarət edə bilirlər. 

Son zamanlarda bu ölkəyə səfər edənlər sırasında deputatlar da var. 

Modern.az Çinə səfər edən deputatların təəssüratları və müşahidələrini öyrənib. 
Deputat Elman Nəsirov bildirib ki, o indiyədək Çində 3 dəfə olub. İlk gedişi 1 ay, ikincisi 10 gün, sonuncusu isə 2 həftə çəkib: 

“Çin haqqında müəyyən biliklərə malik idim. 1921-ci ildə Çin Kommunist Partiyası yaradılarkən qarşılarına 100 illik hədəf qoymuşdular. Buna əsasən 100 il ərzində ölkədə yoxsulluğun tam ləğvinə nail oldular. Eyni zamanda 1949-ci ilin bu günü – oktyabrın 1-də Çin Xalq Respublikası yaradıldı. Onun da 76-cı ildönümü bu gün tamam olur. 1949-cu ildə isə növbəti 100 illik hədəfi də müəyyən etdilər. Hədəfə əsasən 2049-cu ildə Çin texnoloji baxımdan dünyanın ən inkişaf etmiş ölkəsi olmalıdır. 2030-cu ilə qədər isə əsas hədəfləri dünyanın ən yaxşı iqtisadiyyatına malik olmaqdır. Hazırda Çin bu siyahıda 2-cidir. Belə bir ölkədə səfərdə olmaq olduqca xoşdur. Strateji əməkdaşlıq da inkişaf etməkdədir. Azərbaycanın Prezidenti İlham Əliyev indiyədək 8 dəfə bu ölkədə səfərdə olub və bunun 2-si son 1 ildə baş verib. Çin dövlətinin lideri Si Tsinpin cənab Prezidenti Çin xalqının köhnə dostu adlandırıb. Çin xalqının sayı isə təxminən 1 milyard yarımdır və bu qədər insanın dostu hesab olunmaq böyük siyasi qiymətə layiq olmaq deməkdir”. 

Deputat bildirib ki, Çində mərkəzlə yanaşı, bölgələr də çox inkişaf edib:

“Mən həm paytaxt Pekində, həm də Çinin Şandun, Şanxay və bir sıra bölgələrində olmuşam. Çin yaşılıqlar içərisindədir. Təyyarədən aşağı baxanda adama elə gəlir ki, sanki şəhər meşənin içində salınıb. Pekin vaxtı ilə çirklənmiş şəhərlərdən sayılırdı, amma indi paytaxtda da daxil olmaqla digər bölgələrdə də hava çox təmizdir.   350-400 saat/km gedən sərnişin qatarları var. Biz də həmin qatarlardan istifadə etdik, eyni zamanda həmin qatarların istehsal olunduğu müəssisədə də olduq. Doğrudan da bu bir möcüzədir”. 

Elman Nəsirov vurğulayıb ki, Çin səddini gedib ziyarət etmədinsə, demək Çində olmamısan. Bu sədd insan əli ilə yaradılan möcüzələrdən biridir. 
Çin mətbəxinə öyrəşmək vaxt alır:

“Çin mətbəxinə gəldikdə isə bu mətbəx ədviyyatlarla zəngindir. Ona öyrəşmək, vərdiş etmək lazımdır. Öyrəşdikdən sonra həmin mətbəx diqqəti cəlb edir. Yeri gəlmişkən iki hal xüsusi ilə diqqətimizi çəkdi. Çində ümumiyyətlə duzdan istifadə edilmir, sanki belə bir ənənə yoxdur. Biz duz istəyərkən onu çox çətinliklə tapırdılar və çox böyük qabda gətirirdilər. Eyni zamanda şəkərdən də istifadə etmirlər”. 

“İnsanları həyatdan zövq almağı bacarır. Üzlərində həmişə təbəssüm var. Nəsə soruşanda təbəssümlə cavab verib, sənə kömək etməyə can atırlar. Çin çox böyük sivilizasiyadır, o mədəniyyəti gözünlə görmək lazımdır”- deyə o bildirib. 

Mahir Süleymanlı da Çinə səfər edən deputatlarımız sırasında idi. O qeyd edib ki, səfər yüksək səviyyədə təşkil edilmişdi. İngilis və rus dillərin bildiyi üçün dillə bağlı hansısa problem yaşamayıb.

M. Süleymanlı Çinin milli mətbəxinə məxsus yeməkləri daddığını da bildirib:

“Milli mətbəxə aid yeməklərdən daddım və çox bəyəndim. Çinlilər yeməklərdə ədviyyatlardan daha çox istifadə edirlər və bu da yeməyə xüsusi dad verir”.  

“Bizə maşın ayrıldığına görə ictimai nəqliyyatdan istifadə etmədik, amma müşahidələrimizə əsasən gördük ki, ictimai nəqliyyatda təmizlik və səliqə var. Olduğumuz Pekin və Hangzhou şəhərləri təmiz, yaşıl və tarixi abidələri ilə zəngin şəhərlərdir. İnsanlar qonaqpərvər və mehribandır. Çin xalqının Azərbaycan xalqını sevdiyi hörmət etdiyi ilk baxışdan hiss olunur, bunun səbəbi isə cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətidir”- deyə deputat sonda bildirib. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri