Icma.az
close
up
RU
Azərbaycanda deputatların sayı nə vaxt artırılacaq?

Azərbaycanda deputatların sayı nə vaxt artırılacaq?

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1995-ci ildən bu yana Milli Məclisi 125 deputatdan ibarətdir. Bu rəqəm ilk dəfə müstəqillikdən sonra qəbul edilən Konstitusiyada təsbit edilib. Lakin o vaxtdan bəri ölkə əhalisinin sayı, demoqrafik strukturu, sosial və siyasi ehtiyacları ciddi şəkildə dəyişib.

Ekspertlər deyir ki, bu dəyişikliklər təmsilçilik sistemində də öz əksini tapmalıdır.

Belə ki, 1995-ci ildə Azərbaycanda əhalinin sayı təxminən 7.5 milyon idi. Bu gün isə bu rəqəm 10.2 milyonu keçib. Yəni əhali təxminən 36% artıb, amma parlamentdə deputatların sayı olduğu kimi qalıb. Əgər 1995-ci ildə bir deputat orta hesabla 60 min nəfəri təmsil edirdisə, bu gün bu göstərici təxminən 82 min nəfərə çatıb.

Bu, təmsilçilik nisbətinin zəifləməsinə, parlamentin daha çox insanın ehtiyaclarını əhatə etməkdə çətinlik çəkməsinə səbəb ola bilər. Parlamentdə hər bölgənin, sosial təbəqənin balanslı təmsili üçün deputat sayının əhali artımına paralel şəkildə yenidən nəzərdən keçirilməsi aktuallaşır.

Hazırda Milli Məclisin deputat sayı birbaşa Konstitusiya ilə müəyyən olunub (Konstitusiyanın 83-cü maddəsi). Bu səbəbdən dəyişiklik üçün ya konstitusiyaya əlavə və dəyişiklik tələb olunur. Son illər ərzində konstitusion islahatlarla bağlı çağırışlar artıb. Yeni Konstitusiya müasir çağırışlara cavab verən təmsilçilik sistemini formalaşdırmaq üçün fürsət ola bilər.

Azərbaycanın əhalisi və parlamentini oxşar ölkələrlə müqayisə edəndə bu məsələ daha aydın olur.

Ölkə

Əhali (milyon)

Parlament üzvləri sayı

Bir deputata düşən əhali

Azərbaycan

10.2

125

81,600

Gürcüstan

3.7

150

24,600

Çexiya

10.5

200

52,500

Portuqaliya

10.3

230

44,800

Macarıstan

9.6

199

48,200

Göründüyü kimi, Azərbaycan bu müqayisədə ən yüksək təmsilçilik yükü olan ölkələrdən biridir. Bu isə həm seçicilərlə effektiv ünsiyyətin, həm də qanunvericilik prosesinin keyfiyyətinə təsir göstərə bilər.

Deputat sayının artırılması ilə nə qazanacağıq?

1. Regional təmsilçiliyin güclənməsi – Kiçik rayonlar da parlamentdə təmsil oluna bilər.

2. Maraqların müxtəlifliyi – Qadınlar, gənclər, qeyri-hökumət sektoru kimi qrupların təmsil olunması üçün daha geniş imkanlar yaradar.

3. Parlamentin funksional yükünün bölüşdürülməsi – Komitə və alt komitələrin effektiv fəaliyyəti üçün daha geniş resurs təmin olunar.

4. Yaxınlıq prinsipi – Deputat-seçici əlaqəsi güclənər, hesabatlılıq artar.

Bəzi fikirlər var ki, deputat sayının artırılması dövlət büdcəsinə əlavə yük, populist siyasətin artması və qanunverici prosesin ləngiməsi kimi mənfi təsirlər doğura bilər. Amma bu risklər idarəçilik mexanizmləri ilə tənzimlənə bilər. Həmçinin Azərbaycan dövlətinin 30-40 əlavə deputatı saxlamağa kifayət qədər gücü var. Eyni zamanda, çoxsaylı deputatlı parlamentlərdə belə keyfiyyətli iş nümunələri mövcuddur (məsələn, İtaliya, Almaniya).

Digər bir təklif – iki palatalı parlament sisteminə keçid ola bilər. Belə sistemdə aşağı palata xalq nümayəndələrindən, yuxarı palata isə regionları və ya peşə birliklərini təmsil edən nümayəndələrdən ibarət olur. Bu, həm demokratik legitimliyi, həm də qərarların inklüzivliyini artırar.

Beləliklə, Azərbaycanda parlamentin hazırkı tərkibi 1995-ci ilin reallıqlarına cavab verir. Amma bu gün vəziyyət dəyişib. Əhali sayı, cəmiyyətin tələbləri artıb. Artıq yeni çağırışlar var və bu cavab verən, daha effektiv parlament qurmaq üçün Milli Məclisin tərkibinə – deputatların sayına – yenidən baxmaq zəruridir. Müxtəlif ölkələrin təcrübəsi, demoqrafik dinamika, yeni reallıqlar və idarəetmə ehtiyacları bunu labüd edir. Beləliklə, sual hələ də aktualdır: niyə hələ də 125... /Modern.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 May 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri