Mətbuat prospektinə yeni nişanlar quraşdırıldı: Kamera bu sürücüləri çəkəcək VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Mətbuat prospektində yeni yol nişanları quraşdırılıb. Avtosfer.az xəbər verir ki, prospektin Ayna Sultanova və A.M.Şərifzadə küçəsi ilə kəsişməsində zolaqlalar üzrə hərəkəti bildirən 5.8.2 nişanları quraşdırılıb.
Qeyd edək ki, zolaqlar üzrə hərəkət istiqamətləri olduğu kimi qalır. Yəni, sol zolaqdan yalnız sola, orta zolaqdan yalnız düzünə, sağ zolaqdan isə düzünə və sağa dönməyə icazə verilir. Sadəcə həmin yolda intensiz hərəkət olduğu üçün sürücülər nişanlanma xəttini görə bilmirdilər. Bu səbəbdən qayda pozuntuları baş verirdi. Bunun qarşısını almaq məqsədilə kəsişmə yerinə çatmamış zolaqlar üzrə hərəkəti bildirən nişanlar quraşdırılıb.
Həmin kəsişmə yerində orta zolaqdan sola dönən və sol zolaqdan düzünə gedən sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilirlər.
Sürücülərə tövsiyə edirik ki, qeyd etdiyimiz yolda diqqətli olsunlar və yol nişanlarının tələbinə əməl etsinlər.
Fərid


