Bakıda yeni nişanlar quraşdırıldı: sürücülər başa düşmədi VİDEO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının bir sıra küçələrində yeni yol nişanları quraşdırılır.
Ölkə.az-ın məlumatına görə, bu nişanlar sürücülərə işıqforun qırmızı işığında sağa dönməyə icazə verir.
Sözügedən nişan bir növ "daimi sağa dönmə seksiyası" funksiyasını yerinə yetirir.
Lakin bu nişan sürücülərdə çaşqınlıq yaratdığı iddia edilir.
Yeni yol nişanlarından biri İnqilab İsmayılov küçəsinin Zığ şossesinə birləşən hissəsinə quraşdırılıb.
Sürücülər isə nişanın çaşqınlıq yaratdığını deyirlər. Onlar yolda belə bir nişanı ilk dəfə gördüklərini bildirirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr çərçivəsində yolayrıclarında artıq ikinci dəfə "qırmızı işıqda sağa dönməyə icazə verən" xüsusi nişan tətbiq olunub. Sözügedən nişan sürücülərə qırmızı işıqda piyadalara və digər nəqliyyat vasitələrinə yol verməklə sağa dönməyə icazə verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















