Bu yolda nişanlar dəyişdi Sola dönənləri kamera çəkir VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir neçə gün öncə paytaxtın Üzeyir Hacıbəyli küçəsində hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, dəyişikliklə bağlı məlumat verilsə də, təəssüf ki, əksər sürücülər bundan məlumatsızdır. Belə ki, dəyişiklikdən sonra, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda, oradan sola mərkəz hissəsinə manevr edə bilməyəcəklər. Buna dair hərəkətin düzünə məcburiliyini bildirən nişan da quraşdırılıb. Sağ kənar yola daxil olan sürücülər hərəkəti yalnız düzünə davam etdirməklə Nizami küçəsi istiqamətinə gedə bilərlər.
Həmin kəsişmə yerində nişanın tələbini pozaraq sola dönən sürücülər kamera vasitəsilə 40 manat məbləğində cərimə olunurlar. Bununla bağlı artıq bir neçə sürücü sosial şəbəkə hesabında video paylaşıb.
Sözügedən videogörüntüləri təqdim edirik.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















