Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mətbuat Şurası Sputnik Azərbaycan la bağlı prinsipial mövqe sərgilədi Azər Həsrət

Mətbuat Şurası Sputnik Azərbaycan la bağlı prinsipial mövqe sərgilədi Azər Həsrət

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Azərbaycan dövlətinin atdığı addımlar qanun çərçivəsindədir və buna görə  heç bir qurum, o cümlədən də Rusiya Jurnalistlər İttifaqı  bizim üzərimizə gələ bilməz"


  Azərbaycan Mətbuat Şurası “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yayılan fikirlərə cavab olaraq beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir və bu istiqamətdə aparılan fəaliyyətlər suveren dövlətlərin daxili işlərinə müdaxilə, ictimai institutların fəaliyyətinin pozulması və siyasi sabitliyin təhdid olunması ilə nəticələnir. Xüsusilə qeyd olunur ki, bu praktika “Sputnik” agentliyinin fəaliyyəti üzərindən özünü daha qabarıq şəkildə göstərir: 

"Son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir.

Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik".

Mətbuat Şurasının müraciətində “Sputnik Azərbaycan” rəhbərliyinin saxlanılmasının onların jurnalist fəaliyyəti ilə bağlı olmadığı, əksinə, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərlə əlaqəli olduğu vurğulanıb. Belə halların yalnız Azərbaycanın deyil, digər ölkələrin də milli təhlükəsizliyi üçün ciddi təhlükə olduğu bildirilir və bu kontekstdə beynəlxalq ictimaiyyət mediadan siyasi alət kimi istifadə hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırılıb: "Vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir.

“Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür iş üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. Onlar “Sputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər.

Bu baxımdan “Sputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir".

Müraciətdə o da qeyd edilib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir: "Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”.


Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan informasiya müharibəsinə hazırdır və adekvat cavab vermək iqtidarındadır.  İH üzvü qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə tamamilə qanun çərçivəsində hərəkət edib. Onun fikrincə, Azərbaycan ərazisində fəaliyyət göstərən istənilən şəxs – jurnalist və ya hər hansı digər sahənin nümayəndəsi – ölkənin suveren qanunlarına əməl etməli və milli təhlükəsizlik maraqlarına hörmətlə yanaşmalıdır: 

“"Sputnik Azərbaycanın" əməkdaşları ilə bağlı Azərbaycan dövlətinin atdığı addımlar qanun çərçivəsindədir və buna görə  heç bir qurum, o cümlədən də Rusiya Jurnalistlər İttifaqı  bizim üzərimizə gələ bilməz. Rusiya Jurnalistlər İttifaqının bu məsələ ilə bağlı beynəlxalq jurnalist və insan haqları təşkilatlarına müraciətinə Azərbaycanın susqun qalması mümkün deyildi. Mütləq Azərbaycandan cavab olmalı idi.  Məhz bu səbəbdən Azərbaycan jurnalistlərinin ən ali təmsil qurumu olan Mətbuat Şurası məsələ ilə bağlı prinsipial və əsaslandırılmış mövqe ortaya qoydu. 

Mətbuat Şurasının açıqlaması göstərdi ki, Azərbaycanda heç kim informasiya manipulyasiyası ilə məşğul olub dövlətə təzyiq göstərə bilməz. Bu cavab həm hüquqi, həm də peşə baxımından yerində və zəruri idi.

MŞ  konkret faktlarla Rusiya Jurnalistlər İttifaqına göstərdi ki, elə ən yaxşı öz ölkələrindəki məsələlərlə məşğul olsunlar. Azərbaycanda kimlərsə gəlib jurnalist adı altında kəşfiyyat xidməti və ya başqa işlərlə məşğul olarsa, onu  qanun çərçivəsində dəyərləndirmək Azərbaycan dövlətinin birbaşa səlahiyyəti çərçivəsindədir.

Heç kim və heç bir dövlət ona qarışa bilməz. Azərbaycan Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciəti kifayət qədər əsaslandırılmış reaksiya idi. Biz də əlimizdən gəldiyi qədər bu reaksiyanı beynəlxalq arenada yaymağa çalışırıq ki, birmənalı olaraq burada söhbət jurnalistikadan yox, başqa məqsədlərlə ölkədə fəaliyyət göstərən şəxslərdən gedir". 


A.Həsrət artıq müraciətin ingilis dilinə tərcümə olunaraq beynəlxalq platformalarda yayılmağa başladığını, özü isə rus dilində video müraciət hazırlayaraq bu mövqeni müxtəlif beynəlxalq təşkilatlara və sosial platformalara təqdim etdiyini bildirib: 

"Bu, sadəcə bir epizod deyil, Rusiyanın Azərbaycana qarşı uzun illərdir apardığı informasiya müharibəsinin bir parçasıdır. Bu informasiya hücumları davam edəcək və Azərbaycan buna qarşı media vasitəsilə cavab verməyə tam hazır olmalıdır.

Bizim üzərimizə düşən müharibəyə və mübarizəyə hazır olmaq, yeri gələndə də "silahımız"ı işə salıb, qarşı tərəfi cavab  "atəş"i ilə susdurmaqdır.  Xüsusən də  beynəlxalü platformalarda öz mübarizəmizi aparmalıyıq. Azərbaycan jurnalistikası artıq 30 il əvvəlki vəziyyətdə deyil ki Rusiya bizi küncə sıxışdırsın. Deyəcəkləri varsa, buyursunlar. Cavabına da hazır olsunlar!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyul 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see740

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see545

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see261

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see201

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see158

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see148

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see145

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see143

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see132

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see128

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see128

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see127

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see127

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see125

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see124

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see122

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see119

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri