Icma.az
close
up
RU
Sosioloq: “Bu şəxsləri cərimə etmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır”

Sosioloq: “Bu şəxsləri cərimə etmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır”

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hamımız görürük sosial şəbəkələrdə nələr baş verir”

“Nəinki qadınlar, gənc qızlar açıq-saçıq geyimlərdə özlərini reklam edir, hətta “oğlanlar” da videolar paylaşır, öz qiymətlərini elan edir, açıq şəkildə, publik olaraq çağırış edirlər”

 İnzibati xətalar məcəlləsinə, o cümlədən informasiyanın mühafizəsi haqqında qanunlara dəyişiklik edilir. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri-etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsinə yeni hissələrin əlavə olunması təklif edilir. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. Sənədə əsasən, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə - əxlaqsız ifadələrin səsləndirilməsinə, bu məzmunu yaradacaq jestlərin edilməsinə, eləcə də insan bədəninin hissələrinin əxlaq və milli-mənəvi dəyərlərə zidd şəkildə göstərilməsinə görə 500 manatdan 1 000 manatadək cərimə tətbiq olunacaq. İşin hallarına görə və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın kifayət etmədiyi hallarda 30 günədək inzibati həbs verilə bilər. Təklifə əsasən, göstərilən xətanın inzibati tənbeh almış şəxs tərəfindən qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halında 1 000–2 000 manat məbləğində cərimə ediləcək və zərurət olduqda 1 aydan 2 ayadək inzibati həbs tətbiq edilə bilər. Məcəlləyə əlavə olunan qeydə görə, bu maddələr yalnız həmin əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik sosial platformalarda əxlaqsız, mənəviyyata zidd, zərərli məzmun daşıyan videoların paylaşılmasının qarşısını alacaqmı? Rəylər müxtəlifdir. Bir qisim hesab edir ki, internet hüdudsuz olduğundan asan gəlir əldə etməyə çalışanlar yenə də fəaliyyətdə olacaqlar. Bir qisim isə hesab edir ki, cəzalar məcəlləyə dəyişikliklə yanaşı cərimələrin tətbiqi ilə də sərtləşdirilsə, istifadəçilər hər cür hərzə-hədyan məzmunlu paylaşımlardan çəkinəcək. Bu məhdudiyyət cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinin qorunması baxımından zəruridir. Amma bu addım yalnızca sosial şəbəkələrlə məhdudlaşmamalı, televiziyalarda yayımlanan bəzi proqramlara şamil edilməlidir. Bir aparıcının hansısa müğənninin və ya studiyaya dəvət edilən qonağın bədən ölçülərini ictimailəşdirməsi, “ər-arvad” davası kimi qurama səhnələr efirlərdən yığışdırılmalıdır.   

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişikliyin edilməsini çoxdan gözləyirdi və bunu təqdir edir:

- Təklif olunan dəyişiklik müsbətdir, təqdirəlayiqdir. Etiraf edək ki, bu gün hər birimiz real həyatdan çox sosial şəbəkələrdəyik. İndiyədək internet resursları həyatımıza bu qədər daxil olmamışdı və mövcud Məcəllə dövrə uyğun gəlirdi. Maddələrdə başqa idi. Amma hazırkı internet dövründə gündəmə uyğun olaraq dəyişikliklər vacib hesab edilir. Çoxları bu dəyişikliyi gözləyirdi. Həqiqətən də, bunu sevindirici və ümidverici hesab edirəm. Əslində, bu məsələ bir az da əvvəldən həll edilməliydi, amma indi də gec deyil. Hamımız görürük sosial şəbəkələrdə nələr baş verir. Nəinki qadınlar, gənc qızlar açıq-saçıq geyimlərdə özlərini reklam edir, hətta “oğlanlar” da videolar paylaşır, öz qiymətlərini elan edir, açıq şəkildə, publik olaraq çağırış edirlər. Belə biabırçılığın qarşısı əlbəttə alınmalıdır. Canlı yayım açıb xidmətlər təklif edənlər var, insan olan kəs xəcalət çəkir onlara baxanda. Bəzisi yaşlı nənəsini, babasını, bəzisi övladını qeyri-münasib vəziyyətdə çəkib videosunu paylaşır, lağ-lağı edirlər. Atanın öz kiçik yaşlı övladının əlinə siqaret evrib videoya çəkməsi və paylaşması hansı ağlın, dərrakənin, hansı əxlaqın göstəricisidir? Bu şəxsləri cərimə etmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Onlarla bağlı çox ciddi ölçü götürülməlidir.

Sosioloq qeyd etdi ki, bu cür paylaşımlardan istifadə edənlər də var:

- Məlumdur ki, baxış sayı çoxaldıqca gəlir əldə edilir. Əgər bu insanlar əldə etdikləri gəlirə görə vergiyə cəlb olunsalar, fəaliyyətlərini azaldacaqlar. Dəqiq bilmirəm, belə bir qayda varmı, qanun buna icazə verirmi, amma olsa yaxşıdır. Gəlir əldə edən şəxs əlbəttə vergiyə cəlb olunmalıdır. Nə qədər ki belə insanlar sərbəstdir. qınaqdan uzaqdırlar, onlarla bağlı maddi və mənəvi boşluqlar var, vergiyə cəlb olunma və ictimai qınaq baxımından, əl-qol açıb istədiklərini edirlər. Ən təhlükəlisi budur ki, həmin videoları uşaqlarımız da izləyir. Məsuliyyətsiz valideynlər uşağı başından eləmək üçün telefonu verir əlinə, daha nəzarət etmir ki, uşaq nəyə baxır, nə izləyir. Özünün başı qarışır ya ev işlərinə, ya seriallara baxmağa, ya da rəfiqələriylə qeybətə. İXM təklif olunan dəyişkilik qəbul edilərsə, biz mənəviyyatımızı və genefondumuzu xilas etmiş olacağıq. Cərimələrin olması da mütləqdir. Bəzi ölkələrdə azyaşlıların internet resurslara girişi qadağandır. Bizdə də belə bir mexanizm hazırlanmalıdır. Bu sahənin mütəxəssisləri elə bir sistem hazırlamalıdırlar ki, internet özü azyaşlının, yetkinlik yaşına çatmamış şəxsin şəbəkədən istifadəsinə qadağa qoysun. Necə ki şiddət, nifrət məzmunlu paylaşımlar blok edilir, eləcə də əxlaqsızlıq, mənəviyyatsızlıq aşılayan paylaşımlar da qadağan edilməli, paylaşılması, görüntülənməsi bloklanmalıdır. Bununla biz mənəviyyatsızlığın kök salmasının qarşısını ala bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri