Icma.az
close
up
RU
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ

“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bu gün keçirilmiş iclasında Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq- müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.

Bu barədə Lent.az-a Mətbuat Şurasından xəbər verilib.

Bildirilib ki, MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun sözügedən müraciətinin rus və ingilis dillərində olmaqla, dünyanın bir çox aparıcı qurumlarına və onların rəhbər şəxslərinə göndərildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Şuranın sənədində RJİ-nin “Sputnik Azərbaycan”la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Rusiya mediasındakı anti-Azərbaycan meyillərin hər zaman özünü göstərdiyini deyib. Komissiya sədri 2022-ci ildə ölkəmizin media resurslarının Rusiya ərazisində yayımının bloklandığı da vurğulayıb. Halbuki, Azərbaycan müharibə şəraitində olduğu dönəmdə Rusiyanın kütləvi informasiya vasitələrinə münasibətdə analoji addım atılmamışdı. Baxmayaraq ki, ölkənin media orqanlarında Azərbaycanla əlaqədar yanlış, yolverilməz qərəzli təsəvvürlər formalaşdırılır, 44 günlük müharibə, az qala, işğalçılıq aktı qismində qiymətləndirilirdi.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, “Sputnik Azərbaycan” 2022-ci ildə də ölkəmizlə bağlı təxribatçı mövqe tuturdu. Belə bir mövqenin hazırkı qanunazidd təzahürünün meydana çıxması təəccüblü deyil. Ona görə MŞ-nin beynəlxalq ictimaiyyətə müraciəti tam yerindədir.

MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli diqqəti Rusiya mediasının təmsilçilərinin, xüsusən, “Telegram” platformasında anti-Azərbaycan fəaliyyət həyata keçirmələrinə çəkib və belə hallara münasibətdə zəruri tədbirlərin görülməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Rusiyanın media cameəsində Azərbaycana qarşı qərəzli münasibətin hər zaman özünü göstərdiyindən söz açıb və Şuranın məlum müraciətinin beynəlxalq ictimai rəydə müsbət qarşılanacağına inandığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli çıxışında Şuranın müraciətinin kifayət qədər dolğun mahiyyət daşıdığını deyib. O bildirib ki, sənəd ölkəmizin media cameəsinin tutarlı mesajıdır. Q.Məhərrəmli, habelə, ölkəmiz barədə yanlış təsəvvürlərin qarşısını almaq məqsədi ilə Azərbaycan mediasında hazırlıqlı qrupların formalaşdırılmasının əhəmiyyətindən də söz açıb.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Rusiya mediası ilə ideoloji müharibənin bundan sonra da davamlı olacağı birmənalıdır. Çünki qarşı tərəf xoşagəlməz kursuna ara vermir. R.Arifoğlu mövcud şəraitdə Mətbuat Şurasının da mütəşəkkil komanda kimi aktivliyinin vacibliyinə toxunub və bu məqsədlə sosial şəbəkələrdə sistemli fəaliyyətin aparılmasının zəruriliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva çıxışında media sahəsindəki anti-Azərbaycan yönümlü beynəlxalq təmayüllərə qarşı mübarizənin daha fundamental aparılması üçün bu sahə ilə bağlılığı olan ekspertlərin ideoloji fəaliyyətə cəlb edilməsinin zəruriliyi üzərində dayanıb.

Toplantıda Mətbuat Şurasının məlum müraciətinin Rusiyanın media cameəsi tərəfindən hiddətlə qarşılandığı da önə çəkilib və bildirilib ki, bu, Şuranın sənədinin RJİ-nin qərəz və yalan dolu məktubunu heçə endirməsindən qaynaqlanır. Hiddətlənənlərdən biri isə “Rossiya Segodnya”nın baş direktoru Dmitri Kiselyovdur. Kiselyovun MŞ-nin müraciətini əhəmiyyətsiz sənəd olaraq qələmə vermək cəhdi onu göstərir ki, Rusiyanın media cameəsində “Sputnik Azərbaycan”la bağlı digər manipulyasiyalar da ola bilər. Həm Mətbuat Şurası, həm də ölkəmizin media cameəsi bu sayaq mənfi təmayüllərə hazır olmalıdır.

İclasda “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsinin olmadığı bir daha vurğulanıb. Mövcud xüsusda bildirilib ki, indiyədək “Sputnik”in peşə müstəvisindən uzaq hərəkətlərinə dair həm yerli, həm də beynəlxalq miqyasda bir sıra insidentlər qeydə alınıb.

İkincisi, ümumən Rusiyanın xaricdəki media özəklərinin Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyaları aparmaları düşünülmüş strategiya halını alıb.

Üçüncüsü, Azərbaycanın hüquq-mühafizə orqanlarının işi qanunvericiliyə uyğundur. Hazırda İ.Kartavıx və Belousovla bağlı istintaq aparılır. RJİ-nin, eləcə də Rusiyanın media cameəsinin ayrı-ayrı təmsilçilərinin istintaqın nəticələrini gözləmədən adları çəkilən şəxslərin saxlanılmalarını söz azadlığı müstəvisinə daşımaları jurnalistika standartları ilə manipulyasiya və beynəlxalq ictimai rəyi yanlış məlumatlandırmaq cəhdidir. Bu cəhdlərin isə heç bir faydası olmayacaq.

Eyni zamanda, bu cəhdlər onu göstərir ki, Rusiyada jurnalistlər əsassız yerə saxlanıldıqlarından, həbslə üzləşdiklərindən ölkənin media industriyasının təmsilçiləri üçün Azərbaycandakı durumun gerçək əsaslarının mövcudluğunu düşünmək çox çətindir. Onların mühakimələri ölkələrində gördükləri xoşagəlməz mənzərələrdən qaynaqlanır. Yaxşı olar ki, həmin mənzərələrin oxşarını Azərbaycanda axtarmaq və tapmaq kimi mənasız işə vaxt ayırmaqdan uzaq durub əsl həqiqətlərin açıqlanmasını gözləsinlər.

MŞ İdarə Heyətinin iclasında o da vurğulanıb ki, Rusiyanın media cameəsindəki anti-Azərbaycan yönümlü fikir daşıyıcıları ədalət prinsiplərinə kölgə gətirə bilməyəcəklərinin fərqinə varmalıdırlar. Belələri, ilk növbədə, Rusiyada söz azadlığına, jurnalist hüquqlarına aşkar həqarət hallarına cəbhə açmalıdırlar. Bunu bacarmayıb, Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaq istəmələri kənardan gülünc görünür. Şuranın müraciətinə həqarətli münasibətlə yanaşan D.Kiselyova gəlincə, o, gülünc durumun bənzərsiz və təkrarsız mənfi pesonajından başqa bir şey deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri