Icma.az
close
up
RU
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib

Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yubilyar qəzet və eyni adlı informasiya agentliyi fəaliyyətə başladığı ilk günlərdən populyarlıq qazanıb, ictimai fikrin müntəzəm yayım platformasına çevrilib. 

525.az xəbər verir ki, “Olaylar”ın insanların mətbu sözə ehtiyac duyduğu bir vaxtda meydana atıldığını diqqətə çatdıran R.Məcid əlavə edib ki, nəşrin tez bir zamanda böyüyən kollektivi işə məsuliyyətli yanaşma tərzi ilə bu ehtiyacı qarşılamağı bacardı. Nəticədə media orqanı informasiya agentliyi olaraq təkcə ölkəmizdə deyil, xaricdə də mühüm istinad mənbəyinə çevrildi ki, bu, ötən illərin qürur dolu xatirəsidir. 

R.Məcid onu da bildirib ki, bu günün “Olayları” oxucuların müntəzəm görüşünə gələn, özünün dəst-xətti ilə seçilən milli mətbuatımızın şanlı ənənələrinə sadiq jurnalistika məktəbidir. Bu yüksək statusun əldə edilməsində nəşrin baş redaktoru, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən, tarixi romanlar müəllifi Yunus Oğuzun xidmətləri misilsizdir. Y.Oğuz ölkəmiz üçün ən çətin zamanda mətbu sözün cəmiyyət həyatındakı rolunu əməli fəaliyyəti ilə sübuta yetirmiş istedad sahibi, jurnalistikanın ölkəmizə qazandırdığı dəyərli ziyalıdır. 

MŞ sədri hazırda “Olaylar” Media Qrupu kimi fəaliyyət göstərən strukturun Y.Oğuzun yaradıcı yanaşmasının  şah əsəri olduğunu bildirib və Mətbuat Şurasının “Olaylar” qəzetinə diplomunu ona təqdim edib. Toplantıda uzun illərdir yubilyar nəşrdə fəaliyyət göstərən Fatma Abbasquliyevaya da Şuranın diplomu təqdim olunub. 

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, fəaliyyətə başlamasının 30 illiyi qeyd edilən “Olaylar” özündə dərin mətbu yaddaşı əks etdirən, müstəqillik illərinin salnaməsini yaradan media orqanlarımızdandır. Qazandığı yüksək status isə onu həm də cəmiyyətin azad düşüncə tribunası kimi qiymətləndirməyə əsas verir. 

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli və Bayraqdar Medianın baş redaktoru Azər Həsrət, həmçinin akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı-publisist və dramaturq Kamran Nəzirli, publisist-nasir Şəmil Sadiq, yazıçı Varis Yolçuyev, “Olaylar” qəzetinin baş redaktor müavini F.Abbasquliyeva, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Crossmedia.az” saytının baş redaktoru Mübariz Göyüşlü, vaxtilə nəşrdə çalışmış jurnalistlər - Elman Cəfərli, Natavan Bayramova, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, şair-jurnaist Faiq Balabəyli və başqaları bildiriblər ki, ötən müddətdə əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərən “Olaylar” yalnız qələm sahiblərinin deyil, eyni zamanda, ölkəmizin dəyərli ekspert və mütəxəssislərinin yetişməsində də mühüm rol oynayıb. Çıxış edənlər hər zaman dövlətçilik xəttinə sadiq “Olaylar”ın hazırda da eyni missiyanı layiqli şəkildə daşıdığını, ölkəmizdə ictimai fikrin formalaşmasında oturuşmuş mövqeyə sahib olduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların etibarlı söz tribunası olaraq tanındığını vurğulayıb, xatirələrini bölüşərək təbriklərini çatdırdılar. Ayrı-ayrı çıxışlarda yubilyar nəşrin keçdiyi yolun gələcək üçün möhkəm baza və etibarlı təminat yaratdığına dair fikirlər səslənib, bu istiqamətdə müvafiq əsaslandırmalar aparılıb.   

Sonda çıxış edən “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Y.Oğuz toplantı iştirakçılarına təşəkkürünü dilə gətirib. O, yubilyar media orqanının hazırkı mövqeyə yiyələnməsində kollektivin hər bir üzvünün əməyinin olduğunu deyib, “Olaylar”a verilən dəyərdən məmnunluğunu ifadə edib. Y.Oğuz “Olaylar” ailəsinin qarşıdakı müddətdə də ənənələrinə sadiq şəkildə fəaliyyət göstərəcəyinə inandığını bildirib. 


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri