Mətbuat Şurasında maraqlı görüş
Icma.az, 525.az saytına istinadən bildirir.
Yanvarın 22-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri və CASCFEN-in bir qrup gənc üzvü Azərbaycan Mətbuat Şurasını ziyarət edib.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən “İki sahil”ə məlumat verilib.
Məlumata görə, ziyarət zamanı Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə görüşən heyət CASCFEN-in fəaliyyəti və gələcək planları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, CASCFEN yeni dönəmdəki fəaliyyətində daha çox gənc və fəal şəxslərin irəli çəkilməsinə, onlara geniş meydan ayrılmasına üstünlük verəcək.
Rəşad Məcid isə öz növbəsində gənc heyətlə tanışlıqdan məmnunluğunu ifadə edib, özünün bir müddət Azərbaycan Yazıcılar Birliyinin gənclərlə iş üzrə katibi olarkən gənclərlə bağlı həyata keçirilən layihələrdən bəhs edib. O, eyni zamanda rəhbərlik etdiyi “525-ci qəzet”in gənclər üçün doğma bir məkan olduğunu deyib.
CASCFEN-in gənclərlə işə, gənc fəallara geniş meydan yaradılamasına xüsusi önəm verməsini təqdir edən Rəşad Məcid gənclərə öz tövsiyələrini də verib.
Sonda xatirə şəkli çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















