Icma.az
close
up
RU
Mətbuat Şurasında toplantı

Mətbuat Şurasında toplantı

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib

Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Mətbuat Şurasından bildirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Rauf Arifoğlu Azərbaycan cəmiyyətinin nəzərində ömrünü jurnalistikaya, ictimai-siyasi fəaliyyətə həsr etmiş həmkar, qayğıkeş rəhbər və bacarıqlı media idarəçisidir: "Rauf Arifoğlu eyni zamanda, jurnalistika naminə hər cür fədakarlığa qatlaşmağın, azad sözün imkanlarını cəmiyyətin inkişafı naminə səfərbər etməyin nümunəsidir. Rauf Arifoğlunun ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində vüsət almış milli azadlıq hərəkatı və müstəqillik yolunda oynadığı rolu xarakterizə edən cəhətlərdən biri də mücadiləyə informasiya dəstəyini qazandırması olub. Bu mənada “Yeni Müsavat” yubilyarın şah əsəri, Azərbaycanın ictimai həyatına verdiyi töhfədir. “Yeni Müsavat” müasir Azərbaycanda azad sözün ilk qaranquşlarından olmaqla yanaşı, ümumən, ölkənin o dövrkü həyatının fikir katalizatoruna çevrilməyi bacardı. Belə bir yüksək status nəşrin inkişaf yolunu, taleyini müəyyənləşdirdi. O yol ki, Rauf Arifoğlunun 60 illik yubileyinin mükafatıdır. O yol ki, hazırda “Yeni Müsavat”ı ölkənin ən populyar media orqanına çevirib və bu media orqanı müasir dövrün tələb və çağırışlarına adekvat fəaliyyət göstərməklə, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da populyardır".

Toplantıda çıxış edənlər Rauf Arifoğlunun çağdaş mətbuatımızın yaranmasında böyük xidmətləri ilə seçildiyini deyiblər.

Çıxışçılar Rauf Arifoğlunun Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifini Azərbaycan dövlətinin həm də mediaya həssas münasibətinin nəticəsi olaraq qiymətləndirib, ən xoş arzu və diləklərini ifadə edib, təbriklərini çatdırıblar.

Sonda çıxış edən Rauf Arifoğlu toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, toplantıda Milli Məclisin əməkdaşı Əkbər Qoşalı qurumun Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu səsləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 İyul 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri