Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş vermiş insident ictimai narahatlıq və müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası məsələ ilə bağlı açıqlama yayıb.
Şura bildirib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin hadisə ilə maraqlanması və ictimaiyyətin informasiya ehtiyacını qarşılamağa çalışması jurnalist missiyasının tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası “Real TV” əməkdaşlarının hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir.
Şura vurğulayıb ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələ zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun həll edilməlidir.
Açıqlamada qeyd olunub ki, jurnalistlərin peşə fəaliyyətinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılması zamanı peşə etikası və xüsusi həssaslıq prinsiplərinə də ciddi əməl olunmalıdır. Bu, xüsusilə azyaşlıların və yeniyetmələrin iştirakı ilə bağlı insidentlərə aiddir.
Mətbuat Şurası ümid etdiyini bildirib ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















