Icma.az
close
up
RU
Mətbuatımızın 150 illiyi: “Etimadı doğrultmalıyıq”

Mətbuatımızın 150 illiyi: “Etimadı doğrultmalıyıq”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyidir. 

22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzeti yaranıb. Bununla da milli mətbuatımızın əsası qoyulub. Mətbuatımız geridə qalan 150 il ərzində çox böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin dönəmindən başlayaraq mətbuatımıza dövlət qayğısı göstərilib. 

Bu diqqət və qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə də çox yüksək səviyyədə davam etdirilir. Medianın İnkişaf Agentliyinin (MEDİA) yaranması da bu dəstəyin ən bariz nümunələrindən biridir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı tam şəkildə təmin olunub. Medianın inkişafı ilə bağlı  ölkədə mütəmadi şəkildə uğurlu addımlar atılır. 

Məsələn, Azərbaycanda söz və fikir azadlığı konstitusion əsasda təsbit edilib. Yəni, hər bir yazılı, elektron kütləvi informasiya vasitəsi özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Eyni zamanda, “Media haqqında” Qanunla jurnalistlərin də hüquqları müdafiə olunur. 

Xatırladaq ki, Prezident İlham Əliyev 25 aprel 2024-cil tarixində Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 

Bu Sərəncam belə ölkədə mətbuata verilən dəyərin ən yüksək səviyyədə təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev hər zaman mətbuatın inkişafı və jurnalistlərin rifahına xüsusi diqqət yetirir. “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər milli mətbuatımızın 150 illiyi ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatının dünya mətbuat tarixində öz yeri var: 

“Azərbaycan mətbuatı həm də ciddi şəkildə dövlət qayğısı ilə himayə olunur. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan dövlət ənənəsidir. Bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Mətbuatının qayğıları və jurnalistlərin problemləri hər zaman dövlətin diqqət mərkəzindədir. Buna görə bəlkə də Azərbaycan dünyada analoqu olmayan ölkədir ki, mətbuatın bütün problemlərinə həmişə müsbət reaksiya verilir. 

Hətta jurnalistlərin hansısa problemi olarsa, məsələ dövlətin ən ali şəxsi tərəfindən nəzarətə götürülür. Bunun yaxın tarixdə çox sayda nümunəsi var”.

Redaktor qeyd edib ki, Azərbaycan mətbuatı ciddi bir yol keçib: 

“Xüsusilə də ölkəmizin müstəqilliyini elan etməsindən sonra milli mətbuatımız formalaşıb və media qurumları jurnalistikanın yeni qaydalarına uyğun uğurlu şəkildə fəaliyyət göstərməyə başlayıb. Son illərdə qəbul olunan “Media haqqında” Qanun da jurnalistlərin hüquqları qoruyur və onlara dəstək verir. Bunu mətbuatımızın 150 illik yubileyindən öncə Azərbaycan dövləti tərəfindən jurnalistikamıza verilən töhfə kimi qiymətləndirməliyik. Bundan sonra da bənzər addımların artacağına inanırıq. Çünki Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostudur”. 

Aqil Ələsgər Medianın İnkişafı Agentliyinin də media subyektlərinə dəstəyinin əvəzolunmaz olduğunu vurğulayıb: 

“Medianın İnkişafı Agentliyinin fəaliyyəti də Azərbaycan Prezidentinin media siyasətinin təzahürüdür. Nəzərə almaq lazımdır ki, bu agentlik yaranandan sonra onlayn mediaya ciddi dəstək verildi. Bu dəstək sayəsində Azərbaycanın onlayn mediası ölkə daxilində və xaricində xüsusi təsir imkanına malik oldu. Yəni, Medianın İnkişafı Agentliyinin dəstəyi əvəzsizdir”. Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan mətbuatı dünya mətbuatının bir parçası olmalıdır: 

“Cənab Prezident İlham Əliyev də hər dəfə jurnalistlərlə görüşündə bizdən dünya mediası ilə inteqrasiya istəyir. Azərbaycan mediası sadəcə daxilə xitab etməməlidir. Mətbuatımız “informasiya müharibəsi”nə də öz töhfəsini verməli və beynəlxalq aləmdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı addımlar atmalıdır. Ümumiyyətlə, Azərbaycan mediası güclü, dinamik və operativ olmalıdır. Hər zaman bizə olan etimadı doğrultmağa davam etməliyik”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Mətbuatın 150 illiyi Medianın İnkişaf Agentliyi Aqil Ələsgər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri