Icma.az
close
up
RU
Milli Mətbuatımızın 150 illiyi ilə bağlı növbəti tədbir Sumqayıtda təşkil olunub

Milli Mətbuatımızın 150 illiyi ilə bağlı növbəti tədbir Sumqayıtda təşkil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Səsdən könüllərə" layihəsinin və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Mətbuatımızın 150 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin spikeri yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu “Mətbuat : İlkin xəbərləmədən süni zəkaya” mövzusunda çıxış edib.

Ənənəvi jurnalistikadan müasir mediaya qədər olan yolu xronoloji ardıcıllıqla təhlil edən natiq 150 illik mətbuat tariximizə ayna tutdu. Süni zəkanın mediaya təsiri və insanlığın yeni texnoloji -innovasiyalar əsrində mövqeyindən söz açıb.

Tədbirdə qonaq qismində iştirak edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, media eksperti Müşviq Ələsgərli informasiya təhlükəsizliyi, online jurnalistika və sosial mediadan səmərəli istifadə haqqında düşüncələrini auditoriya ilə bölüşüb.

“Landau” nəşriyyat evinin direktoru, təhsil tədqiqatçısı Orxan Bəyovun “Sözün gücü və uşaqlar: Gələcəyin oxucusu necə formalaşır” mövzusunda çıxışı xüsusilə gənc dinləyicilər üçün nəzərdə tutulub.

Mətbuatın təhsildə olan önəmini vurğulayan Sumqayıt Dövlət Universiteti, Dil və Ədəbiyyat kafedrasının baş müəllimi, Tədris Metodiki Mərkəzin aparıcı mütəxəssisi Aynurə Bağırova da gənclərlə fikirlərini bölüşüb.

Gənc istedadlıların da fikirləri dinlənilib.

Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti İlahə Vəliyevanın və “Müəllimlərin tərəqqi platforması”nın rəhbəri Günel Mirzəyevanın çıxışları da maraqla qarşılanıb.

Tədbir çərçivəsində Natəvan Dəmirçioğlunun "Açar" romanı təqdim olunub. Romandakı jurnalist obrazından da söz açılıb.

Sumqayıtlı gənc bəstəkar-ifaçı Vüsal Əsgərov musiqisi ilə tədbirə rəng qatıb.

Sonda layihəyə dəstək göstərən könüllülər, spikerlər, ziyalı qonaqlar və aparıcı təşəkkürnamə ilə təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri