Icma.az
close
up
RU
Milli mətbuatımızın 150 illiyi və “Əkinçi”dən zəfərə gedən yol ŞƏRH

Milli mətbuatımızın 150 illiyi və “Əkinçi”dən zəfərə gedən yol ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulu Öndər Heydər Əliyev demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Azərbaycan milli mətbuatının təməlini qoymuş “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayaraq həm milli özünüdərkin, həm də maarifçilik hərəkatının əsas aparıcı qüvvəsinə çevrildi. Cəmi 56 nömrəsi çıxsa da, “Əkinçi”nin azad fikir, milli oyanış və tərəqqi ideyalarını yaymaqda rolu əvəzsiz oldu. Çar Rusiyasının senzurası səbəbindən qapadılan “Əkinçi”nin qısa, amma zəngin ömrü Azərbaycan xalqının milli oyanış salnaməsində əbədi həkk olundu.

1875-ci ildən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar anadilli mətbuatın yeni mərhələsini başlatdı. Onların səhifələrində xalqın maariflənməsi, milli şüurun yüksəldilməsi və istiqlal məfkurəsinin yayılması istiqamətində geniş təbliğat işi aparıldı. Mətbuat həm də Azərbaycan ədəbi dilinin inkişafına, ictimai fikrin formalaşmasına əhəmiyyətli töhfələr verdi. Rus dilində nəşr edilən “Kaspi” qəzeti də Zərdabinin ideyalarını davam etdirərək milli mətbuat tariximizin mühüm səhifəsinə çevrildi. Milli mətbuatın yeni mərhələsi senzuranın ləğvi ilə başladı və inkişaf islahatları nəticələrini verdi. 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Ümummilli Liderin qəti siyasi iradəsi ilə ölkədə senzura aradan qaldırıldı, söz və məlumat azadlığı təmin edildi, demokratik medianın inkişafı üçün hüquqi baza yaradıldı. 1998-ci ildə hərbi senzuranın, ardınca bütövlükdə KİV üzərində dövlət senzurasının ləğvi Azərbaycan mətbuatının tarixində mühüm hadisə kimi yadda qaldı. Bu, həm də Ulu Öndərin mətbuata, söz azadlığına verdiyi önəmin bariz nümunəsi idi. Mətbuat azadlığı prinsipləri və dövlət dəstəyi bu gün göz qabağındadır. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində mühüm rol oynayır.” Cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” və digər mühüm sənədlər medianın peşəkarlığının, obyektivliyinin, qərəzsizliyinin təmin olunmasına xidmət etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün ipoteka güzəştləri, dövlət yardımları, eyni zamanda vergi güzəştləri tətbiq olundu. Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Zamanın tələbinə uyğun olaraq 2021-ci ildə cənab Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradıldı. Eyni zamanda, “Media haqqında” Qanun qəbul edildi. Bu qanun informasiya məkanının sağlamlaşdırılması, yerli medianın rəqabət qabiliyyətinin artırılması, peşəkar jurnalistikanın inkişaf etdirilməsi məqsədini daşıyır. İnformasiya texnologiyalarının inkişafı isə internet qəzetçiliyinin, rəqəmsal medianın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Milli mətbuatın strateji əhəmiyyəti də danılmazdır. 44 günlük Vətən müharibəsində Azərbaycan mediası əsl informasiya cəbhəsində mübarizə apardı, dövlətimizin haqq səsini dünyaya çatdırdı. Ali Baş Komandan İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə oldu. Müasir dövrdə mətbuat həm də milli maraqların qorunması, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin təbliği baxımından əvəzsiz missiya daşıyır. 2020-ci ildə Azərbaycan və Türkiyə arasında media sahəsində imzalanan strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkənin mediası arasında daha sıx əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə, ortaq layihələrin reallaşdırılmasına, beynəlxalq təbliğat fəaliyyətinin gücləndirilməsinə şərait yaratdı. Bu isə o deməkdir ki, azad söz cəmiyyətin inkişafının əsas dayağıdır.

Azərbaycan Konstitusiyasında təsbit olunan söz və mətbuat azadlığı prinsipi ölkədə plüralizmin, demokratik inkişafın və sosial rifahın təminində həlledici rol oynayır. Cənab Prezident İlham Əliyev bildirir: “Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.” Milli dəyərlərin qorunması və peşəkar jurnalistika sahəsində də uğurlarımız çoxdur. Azərbaycan mediası milli-mənəvi dəyərlərin təbliği, milli şüurun yüksəldilməsi, cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm rol oynayır. Peşəkar, obyektiv və qərəzsiz media dövlət maraqlarını uca tutur, cəmiyyəti yanlış informasiyalardan qoruyur, feyk xəbərlərlə mübarizə aparır. Bu il isə Azərbaycan Milli mətbuatının 150 illik yubileyidir. Milli mətbuatın 150 illiyi münasibətilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı”nın təsis edilməsi haqqında fərmanı, eləcə də digər tədbirlər dövlətin milli mətbuatımıza, jurnalistlərimizə verdiyi yüksək dəyərin növbəti ifadəsidir. 150 illik milli mətbuat tariximiz “Əkinçi”dən başlayan, zəngin ənənələrə söykənən, müstəqillik illərində sürətlə inkişaf edən, bu gün qlobal informasiya məkanında fəal iştirak edən, həm milli ideyaların, həm də dövlət maraqlarının daşıyıcısı olan bir salnamədir. Bu salnaməni yazanlar isə Vətəninə, xalqına, həqiqətə sadiq olan Azərbaycan jurnalistləridir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri