Icma.az
close
up
RU
Mətbuatın ən gözəl alın yazısı Mehman Cavadoğlu

Mətbuatın ən gözəl alın yazısı Mehman Cavadoğlu

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Dünən bilmişəm ki, 70 yaşı tamam olur və mən minnətdarlıq etməli olduğum bu Böyük İmzanın yubiley yaşını qaçırmışam: ağlıma da gəlməyib e! Əslində, O, həmişə bizim yaddaşımızda o gənclik yaşında, əxlaqında və xarizmasında-ləyaqətində qaldığı üçün bu nüans diqqətsizlik-sayğısızlıq sayılmasın gərək!

Həsən bəy Zərdabi(küçəsi)nin İKİ ÜZÜ

Onu tanımaq üçün mənə küçənin bu üzündən o üzünə keçmək bəs elədi, baxmayaraq ki, mənim tələbə, iş yoldaşlarımdan çoxu Onu tanıyırdı və heç vaxt bir məclisdə - ortamda olmamışdıq, tanımamışdım, hərçənd əvvəldən elə bir inzibati binada olsa da iş yerlərimiz. Fəqət O, binasını və küçənin sağını soluna dəyişəndə tanımaq təsadüfü zərurətə çevrildi!

İkinci kursda oxuyurdum – Ermənistandan əsgərlikdən ilyarım idi qayıtmışdım: ermənilərin erməniliyinə və xislətinə bələdlikdən. Deportasiyanın ilk aylarıydı. Qaçqınlar-köçkünlər (sonralar ad qoydular "məcburi köçkün” kimə deyilsin, "qaçqın” kimə - A.C.) istisnasız Bakıya yönləndirilirdi. Onda bizə dərs deyən Şirməmməd Hüseynov da telekanallarda çıxış edirdi. Və... mən bir yazı yazmışdım, qısa özətini deyim: bu qaçqınları-köçkünləri Bakıya doldurmaqdansa, 200 minlik azərbaycanlı ailələrinin hər birindən bir əsgər olmaq şərtiylə birbaşa Şuşaya, Xankəndinə, Hadruta, Martuniyə yerləşdirilsin. Ərazisi cəmi 4 kv.km olan Dağlıq Qarabağ Muxtar Vilayətində əhali nisbəti yüzəyüz dəyişəcək, döyüş lazım olmadan belə Qarabağ ermənidən təmizlənəcək!

Yazını, əlbəttə ki, Həsən bəy Zərdabi küçəsinin bu üzündəki binada oturan Ustadım, "Həyat” qəzetinin baş redaktorunun birinci müavini rəhmətlik Şakir Yaqubova təqdim etdim. Şakir Yaqubov yazını oxudu, verdi Əfqan müəllimə. Sonra gördüm ki, yazını götürüb düşüb "Bərəkət” qəzetinin baş redaktoru rəhmətlik Rəfael Nağıyevin otağına. Ardınca mətbəədə "Azadlıq”ın məsul katibi Azər Əhmədova təqdim etdi. Lap sonda məcbur qalıb, hətta...  "Açıq Söz” qəzetinin baş redaktoru Mail Dəmirliyə verdi. Heç biri bu yazını vermədi – bu, mənim "Saat”, "Üçüncü Dünya Çempionatı-Müharibəsi” yazılarımdan sonra üçüncü yazım idi... Şakir Yaqubov mərtəbələri gəzirdi! Sonra da ümidsizcəsinə... masanın üstünə atıb "heç kim verə bilmir” deyirdi. "Vermirlər, cəsarət etmirlər” yox ha, "(özlərindən asılı olmayan səbəblərdən) verə bilmirlər” şəklində acizlik durumundan xəbərdar edirdi!

Bu dəfə də "balama yas tutmaq” əvəzinə, birdən ağlıma gəldi ki, keçim küçənin o üzünə! Küçənin o üzündə - Həsən bəy Zərdabi ilə hərəkət istiqamətinin əks tərəfində, SOLUNDA "Müxalifət” qəzeti vardı!

Yazını gətirdim, dedilər Mehman bəy baxır yazılara. Mehman bəy alan kimi oxudu, göndərdi mətbəəyə yığılmağa və səhifəyə qoymağa. Sonrakı görüşdə məni "Müxalifət”də işləməyə dəvət etdi!

Dəqiq yadımdadır: minnətdarlıq edib nəzərinə çatdırdım ki, burada siz baş redaktor deyilsiniz, ayrı yazımı verə bilməyəndə mən pis olacam, amma siz baş redaktor olanda sizinlə lap kuryer də işləyəcəm, təki siz baş redaktor olun!

SÖZARASI: Həmin yazını Şirməmməd Hüseynov bizdən sonrakı kursun uşaqları üçün auditoriyada topa tutmuşdu, arqumentlərimin absurd olduğunu xüsusi vurğulamışdı... siyasi naşılıqda ittiham edərək!

Ancaq Xorvatiya-Serbiya-Kosovo olaylarından danışanda ağızdolusu nümunə gətirmişdi mənim arqumentlərimi... öz müdrikliyi üstündə!

Əvvəl Şakir Yaqubov, sonra Mehman Cavadoğlu Şirməmməd Hüseynovdan 25 il əvvəl dəyərləndirmişdilər siyasi məsələlərdə "naşı”, "xam uşağ”ın arqumentlərini.

Və... az sonra (yeri gəlmişkən deyim ki, "az sonra” Azərbaycanda bir iləcən, Türkiyə telekanallarında minimum 1 saatacan müddəti ehtiva edir – A.C.) Mehman Cavadoğlu "Həyat” qəzetinə baş redaktor gəldi.

İlk əmrlərindən biri də məni şöbə redaktoru təyin etməsi barədə idi!

Bu ştrixi özümə dəyərlə birgə, həm də başqalarına münasibətdə məhz ona görə çatdırıram ki, bu İmza-İnsanda İmzanı böyük görmək, İmzanın Böyüklüyünü görmək, İmzanı Böyük Təqdim etmək PEŞƏKARLIĞI, ƏRDƏMİ vardı! Səbəb də YAZInı-MƏTNi tanıma, duyma, Fikrin haracan uzağı vurduğunu, uzağa getdiyini hissetmə idi!

Belə redaktorlar Azərbaycanda Rəfael Nağıyev, Şakir Yaqubov, Mehman Cavadoğlu olub – onlardan başqa HEÇ KİMDƏ bu bəsirəti görməmişəm: hətta bütöv redaksiya baş redaktor, baş redaktor müavini, məsul katib qarışıq köşə yazıma nəzarətçi olub, amma yayılmasını istəmədikləri fikrimi özlərinə oxutdurub qol çəkdirərək vermişəm gedib e!

Mehman Cavadoğlu Sözün-Yazının Təbəssümüdür – Təbii Şəklidir!

Mehman Cavadoğlu redaktorluğun Ekstrasensidir – yayımına imza qoyduğu yazının haracan uzağa işlədiyini gözəl görür və qəyyumluq edir İşıqlı Yazıya!

Mehman Cavadoğlu BAŞ REDAKTORluğun ƏBƏDİ ZİYASI- Yaddaşıdır! Xatirə deyil ha!

Yaddaşdır – dünəndə olmaqla bahəm, həm də bu gündür, sabahdır, gələcəkdir!

Azərbaycanda on il, on beş il, iyirmi il baş redaktor olanlar var – onlar hər gün, hər ay olmasa da, hər il dəyişir, Leyla xanım demişkən, ƏYBƏCƏR olur, ləyaqətlərinə ləkə, fəaliyyətlərinə kölgə düşür! Amma və lakin... Mehman Cavadoğlu baş redaktor yaşında hələ də və bu gün də ləyaqətli, xarizmalı, peşəkar olaraq qalır. O qədər qənirsiz ki, adam heç bilmir, fərqinə varmır ki, a balam, 33 il keçib e üstündən!

Bir səbəbi də budur ki, Mehman Cavadoğlu həmişəcavan yazılara imza atıb, həmişəcavan istedadları iş başında sınayıb!

Düzdür, Mehman Cavadoğlunun elə kadrları da var ki, Əbdürrəhimbəy Haqverdiyevin "maral”larından geri qalmır və mən söz açmaq istəməzdim,  bu günə qədər də heç yerdə deməmişəm, yazmamışam, indi hesab edirəm ki, day sabaha saxlamaq olmaz!

Maraqlı bir məqamı çatdırım: Şakir Yaqubovun 40 mərasimində mənim iş yoldaşım, amma daha çox Mehman bəyin simsarı mənə qayıtdı ki, Aydın, bilirsənmi, Elçibəy hakimiyyəti niyə yıxıldı? Çünki müstəqil Azərbaycanın ilk hərbi paradı keçiriləndə "Azərbaycan” qəzetinin baş redaktoru göstəriş verdi ki, gözləyin, Aydın Canıyevin paraddan yazısı olacaq! Azərtac-ın rəsmi məlumatı qalıb, üçüncü kurs tələbəsinin yazısını verir!!!

Adam o yazıya etiraz edir, Elçibəy hakimiyyətinin yıxılmasına səbəb göstərir ki... verdiyim cavabı olduğu kimi yazıram:

- Əzizim, sən o yazıya etiraz edirsən ki, o yazını hələ işğal olunmamış Füzulidə 9-cu sinifdə oxuyan Nəsimi Şərəfxanlı oxuyur, yadda saxlayır, üstündən 15 il keçəndən sonra məni görəndə təşəkkür edir və Elçibəy sevgisinə görə, İkinci Qarabağ Savaşına könüllü gedir! Mənim o yazımın dəyərində... Azərbaycan müstəqil olandan bəri, Azərbaycanın müstəqilliyinin, hərbi paradının əzəmətini, müqəddəsliyini, eyforiyasını çatdıran, ifadə edən nə bir şeir, nə bir poema, nə bir hekayə, nə bir roman göstərə bilərsən! O yazıyla mən Yazıçılar Birliyinə üzvlük, Prezident təqaüdünə layiqlik, reportaj janrında Beynəlxalq Buker mükafatına iddia edə bilərəm və kimsə də etiraz edəməz, edə bilməz!

Aqressiv iradına baxmayaraq, keçmiş iş yoldaşım məni çox istəyən biridir, vaxtsız redaksiyanı tərk etməyimi də mənə irad tutdu, qayıtdım ki:

 Mən "Xalq”qəzetinin baş redaktoru olanda məndən xahiş edəcəkdin ki, Aydını işə götür, sənə ip verəcəkdim, yalandan deyəcəkdim Prezident Aparatında filankəsin ona münasibəti pisdir, qoymurlar işə götürüm! Belə olmağımı istəyirdin!?

Bəli, Mehman Cavadoğlu o cür gözəl, dəyərli, ləyaqətli JURNALİSTlərdəndir ki, onunla keçmişdə tabeçilikdə əməkdaş olmaq, min dəfə şərəflidir!

Mehman Cavadoğlu adı, varlığı adama – həqiqi jurnalistə, jurnalistikadan xəbərdar imzaya bir işıq Payıdır, Onunla təmas, Onu tanımaq adama Yaradıcılıq Eşqi bəxş edir, şövqləndirir – lap Siseronun natiqlik etməyi öyrənərkən dəniz sahilində çiyinlərindən qılınc asması kimi KÖNÜLLÜ BİR SENZURA!

Yazı yazanda bilirsən ki... rəhmətliklər Rəfael Nağıyev, Məzahir Süleymanzadə, Şakir Yaqubov kimi dəyər daşıyıcıları olan Hacı Mehman Fərzullayev, Aqil Abbas, Müsəllim Həsənov, Elşən Əliyev kimi, BU ÖLKƏDƏ BİR MEHMAN CAVADOĞLU VAR – O (onlar) oxuya bilər yazdığını!!! 

Qıymaq olmaz Mehman bəyin üzündəki Yazı təbəssümü, Qəlbindəki Söz Fərəhi, Ruhundakı Yaradıcı İşıq haləsi-cazibəsi-sehri öləzisin.

Arada məndən soruşurlar ki, sən hələ də necə şövqlə bu boyda iri yazılar yazırsan! Bu güc, enerji hardandır bu yaşda!?

CAVAB QISA VƏ KONKRETDİR: bizim bizi 25, 30, 35 il əvvəldən Böyük görüb Böyük təqdim edən Böyük Ustadlarımız elə şarj edib ki... hələ bundan sonra da yaşasaq, 25, 30, hətta 35 il də BELƏ yaza bilərik: Ləyaqətimizi itirmədən, Sözümüzü, Sifətimizi dəyişmədən, Xarizmamıza ləkə və kölgə salmadan!

Niyəsi bu ki... bizə qədər bu ölkədə bu dünyada 70 yaşacan Mehman Cavadoğlu kimi yaşamış İmza-İnsanlar görmüşük!

Bizim yaxşı yazmamaq haqqımız, yaxşı olmamaq lüksümüz yoxdur! Olamaz, əfəndilər!

Sağ olun, Mehman bəy – arada-bərədə Sizi təbriklər üçün bayramda-ad günlərində zəng edəndə telefonu açmağınız, səsinizi eşitmək səadətini nəsib etməyiniz bu Dünyanın Ən Gözəl Alın-Mətbuat Yazısıdır!

Sizə sayğıyla təzim edərək təbrik edən işçiniz 

Möhtərəm və Möhtəşəm Aydın Can!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Dekabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see240

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see214

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see211

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see209

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see204

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see190

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see181

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see181

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see176

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see176

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see175

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see172

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri