“Metro dayandı, şəhər iflic oldu” Nəqliyyat sistemində ciddi boşluqlar üzə çıxdı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
İctimai nəqliyyat fövqəladə hallara hazır deyil
AYNA bu işin öhdəsindən gələ bilməyib
Metropolitendə baş vermiş nasazlıq ictimai nəqliyyatın fövqəladə hallara hazır olmadığını göstərir. Fövqəladə halların hansına hazırıq ki, buna da olaq?!.
Bu gün saat 12:10 radələrində Bakı metropoliteninin Ulduz-Nəriman Nərimanov stansiyaları arasında təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq digər stansiyalarda da qatarların hərəkətinin dayandırılmasıyla nəticələnib. Bakı Metropoliteninin bütün stansiyalarına giriş qadağan edilib. Metro daxilindəki sərnişinlərin təxliyəsi həyata keçirilib. Nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb. Metropolitenin məlumatına görə, qatarların hərəkəti 15:30-dan etibarən bərpa olunub. Bu müddət ərzində isə metro stansiyalarının qarşısında toplaşmış sərnişinlər mənzil başına necə, hansı avtobuslarla gedə biləcəklərini bilməyiblər.
Sosioloji məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, sərnişindaşıma mexanizmləri, sərnişindaşımada iştirak edən qurumlar bir-birinə inteqrasiya vəziyyətində olmalıdır:
"İstər metro, avtobus olsun, yaxud da, gələcəkdə əgər sərnişindaşımada tramvay, relsli nəqliyyat iştirak edəcəksə, onlar da həmçinin, bir-birinə inteqrasiya halında fəaliyyət göstərməlidirlər. Hansısa sistemdə texniki problemlər ola bilər, nasazlıq yarana bilər.
Bu, mümkün haldır. Lakin burada məsələ bir mexanizmdə problem yaranırsa, digər mexanizmin onu dərhal əvəz edə bilməsidir. Bu gün metronun sərnişindaşıma yükünü çəkə biləcək mexanizm yoxdur. Metrodan savayı yalnız yerüstü ictimai nəqliyyat olaraq avtobuslar və Bakıətrafı qəsəbələrə, Sumqayıta hərəkət edən elektrik qatarlarımız var. Yeraltı nəqliyyatda problem yaranmışdısa yerüstü nəqliyyatın idarə olunmasına cavabdeh qurum AYNA dərhal reaksiya verərək sərnişindaşımanı üzərinə götürməli, fövqəladə vəziyyət rejiminə keçid etməli, imkanalrını səfərbər etməli, ehtiyatda saxlanan avtobuslar xətlərə buraxılmalı, avtobuslararası interval azaldılmalı və sərnişinlərin mənzil başına çatdırılması təmin edilməli idi. Lakin metro stansiyalarının qarşısında, avtobus dayancaqlarındakı insan seli bunu deməyə əsas verir ki, AYNA bu işin öhdəsindən gələ bilməyib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 21 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















