Icma.az
close
up
RU
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi Vacib detallar

Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi Vacib detallar

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanda metro ilə müqayisədə avtomobil və avtobusla sərnişin daşımalarında artım müşahidə olunub. Belə ki, metrodan istifadə edən sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər təşkil edib. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 1 973,8 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz artım deməkdir. Avtobuslarla daşınan sərnişinlərin sayı 1 879,8 milyon nəfər olub. Bu göstərici ötən illə müqayisədə 7,1 faiz artıb. Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 94 milyon nəfərə çatıb və 2024-cü illə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

 Vəziyyət niyə bu qədər dəyişib? Bu proses yollarda nəqliyyat sıxlığının daha da artacağına işarə edirmi? 

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, bu artım təkcə Bakı şəhərini deyil, ümumilikdə bütün ölkə ərazisini əhatə edir.

Onun sözlərinə görə, statistik göstəricilərdə müşahidə olunan dəyişikliklərin formalaşmasının bir neçə əsas səbəbi var:

“Xüsusilə metroda sərnişin sayının azalması fonunda avtomobil nəqliyyatı, avtobus və taksi xidmətlərində artımın qeydə alınması diqqət çəkir. Ölkə üzrə ictimai nəqliyyatda, xüsusilə avtobusla sərnişindaşıma sahəsində artım əsasən xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Son illərdə yeni, daha rahat və komfortlu avtobuslar gətirilib, müasir yollar salınıb. Xüsusilə paytaxtda marşrut şəbəkəsinin genişləndirilməsi ünvandan ünvana birbaşa və daha rahat hərəkət imkanları yaradıb. Bu gün sərnişinlər evdən ofisə, gündəlik hərəkət etdikləri ünvanlara daha komfortlu avtobuslarla çata bilirlər. Avtobuslarda kondisionerlərin mövcudluğu da bu nəqliyyat növünə marağı artıran əsas amillərdəndir. Bu tendensiya təkcə Bakı ilə məhdudlaşmır”.

Eyyub Kərimli

İqtisadçı bildirib ki, regionlarda da avtobusla sərnişindaşıma artmaqdadır:

“Məsələn, Gəncədə “BakuBus” MMC-nin fəaliyyətə başlaması, yeni marşrutların açılması və müasir avtobusların istismara verilməsi regionlarda da ictimai nəqliyyatın keyfiyyətini yüksəldib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni marşrutların istifadəyə verilməsi, sərnişindaşıma sahəsində əvvəl mövcud olan neqativ halların aradan qaldırılması və bu sahənin tam rəsmiləşdirilməsi də statistik artıma ciddi təsir göstərib. Sərnişindaşıma sahəsində yayınma hallarının minimuma endirilməsi nəticəsində real göstəricilər statistikalarda öz əksini tapmağa başlayıb”.

E.Kərimli qeyd edib ki, digər mühüm məqam taksi daşımalarında müşahidə olunan artımla bağlıdır:

“Bu artımın əsas səbəblərindən biri rəqəmsal platformaların geniş yayılmasıdır. Hazırda rəqəmsal taksi platformaları təkcə şəhərlərdə deyil, regionlarda və hətta kəndlərdə də aktiv şəkildə istifadə olunur. Bununla yanaşı, taksi sektorunda aparılan ciddi tənzimləmələr qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına, fəaliyyətin leqallaşdırılmasına və hesabatlılığın artmasına imkan yaradıb. Bu da əvvəl qeydə düşməyən göstəricilərin rəsmi statistikaya daxil edilməsinə səbəb olub. Eyni zamanda Qarabağ bölgəsinə səfərlərin artması da həm avtobus, həm də taksi daşımalarına olan tələbatı yüksəldir. Ümumilikdə ölkə əhalisinin say artımı da nəqliyyat xidmətlərinə olan tələbatın yüksəlməsində rol oynayan amillər sırasındadır”.

Müsahibimizin sözlərinə görə, Bakıda metroda sərnişin sayının azalması əsasən alternativ ictimai nəqliyyat vasitələrinin daha komfortlu olması ilə əlaqədardır:

“Kondisionerli avtobusların fəaliyyəti, marşrutların genişlənməsi, avtobus yollarının salınması və ünvana birbaşa çatdırılma imkanları bəzi hallarda sərnişinlərin metrodan avtobusa yönəlməsinə səbəb olur. Bu vəziyyət eyni zamanda metro xətlərinin və stansiyalarının genişləndirilməsinə ehtiyac yarandığını da göstərir. Son illərdə ölkəyə ekoloji cəhətdən təmiz “eko-avtobuslar” gətirilib və onlar artıq Bakıda fəaliyyət göstərir. Naxçıvanda da bu istiqamətdə ciddi işlər aparılıb, avtobus parkı yenilənib. Bu addımlar sərnişindaşımanın keyfiyyətini, rahatlığını və sürətini daha da artırıb və insanların bu nəqliyyat növünə üstünlük verməsinə şərait yaradıb. Bütün bu prosesləri yalnız yol tıxaclarının artması ilə əlaqələndirmək tam düzgün olmaz. Çünki söhbət təkcə Bakı şəhərindən deyil, ümumilikdə respublika üzrə aparılan statistik müşahidələrdən gedir. Bundan əlavə, əvvəlki illərlə müqayisədə nəqliyyat sahəsində tənzimləmə və şəffaflığın artırılması statistik məlumatların daha dəqiq aparılmasına imkan verib və bu da rəqəmlərdə artım kimi görünür”.

İqtisadçı paytaxtda taksilərin sayının azaldığını da vurğulayıb:

“Əvvəllər 70 mindən çox olan taksi sayı hazırda 25-30 min civarındadır. Bu isə şəhər üzrə taksi gedişlərinin süni şəkildə artmasına imkan vermir. Əksinə, qeyri-qanuni taksi fəaliyyətinin qarşısı ciddi şəkildə alınıb. Ümumi taksi gedişlərinin artımı isə respublika üzrə aparılan tənzimləmə və rəsmiləşdirmə tədbirlərinin nəticəsidir. Həm də yeni elektron taksi platformalarının tətbiqi bu nəqliyyat vasitəsindən istifadəni xeyli asanlaşdırıb. Həmçinin xidmət haqlarının münasib olması bir çox hallarda şəxsi avtomobildən istifadə etmək əvəzinə, taksiyə üstünlük verilməsini stimullaşdırır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri