Metro dayandı: Bakıda avtobuslarla bağlı mühüm qərar
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Bakı Metropoliteni” QSC-nin bəzi stansiyalarında sərnişin girişinə tətbiq edilən müvəqqəti məhdudiyyət fonunda paytaxtda yerüstü ictimai nəqliyyatda yaranan sıxlığın azaldılması üçün marşrut xətlərinə əlavə avtobuslar cəlb edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib.
Qurumdan verilən məlumata görə, metro xətləri üzrə hərəkət edən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların buraxılması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin xəttə çıxarılması ilə bağlı tapşırıq verilib.
Hazırda prosesin nəzarətdə saxlanıldığı və sərnişin sıxlığının tənzimlənməsi istiqamətində operativ tədbirlərin görüldüyü qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Aprel 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















