Icma.az
close
up
RU
Metroda bu hallarda cərimə olunacaqsınız RƏQƏMLƏR

Metroda bu hallarda cərimə olunacaqsınız RƏQƏMLƏR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda metrodan istifadə edən sərnişinlər üçün müəyyən qaydalar və məhdudiyyətlər mövcuddur.

Bu qadağaların pozulması yalnız ictimai asayişi deyil, həm də sərnişinlərin təhlükəsizliyini risk altına alır.

"Cebheinfo.az" xəbər verir ki, məhz buna görə də qayda pozuntularına qarşı inzibati cərimələr tətbiq olunur. Son dəyişikliklərlə isə bu cərimələrin məbləği artırılıb və sərnişinlərin metroda daha intizamlı davranması hədəflənib.

Sərnişinlərin stansiyalarda və vaqonlarda zibil atması, yazılar yazması, məhdudiyyət çəpərləri ilə qorunan yerlərdən icazəsiz daxil olması, “sərnişin-maşinist” rabitəsindən zərurət olmadan istifadə etməsi kimi hallara görə 15 manatdan 200 manata qədər cərimə tətbiq edilir.

Metropolitenin elektrik şəbəkəsinə icazəsiz cihaz qoşanlara 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.

Həmçinin eskalator sürahisinə əşya qoyanlara cərimə 20 manat dəyərindədir.

“Stop” düyməsindən zərurət olmadan istifadə, eskalatorun sürahisini çıxartmaq, qatarlara gecikməyə səbəb olmaq, siqaret çəkmək, sərxoş vəziyyətdə metrodan istifadə, relslərə düşmək və ya tunellərə, xidmət otaqlarına, texniki otaqlara icazəsiz daxil olmaq kimi hallara isə cərimə 50 manat təşkil edir.

Bundan başqa dəmir yoluna əşya atılması 30 manatdan 200 manata qədər yüksəlib.

Qeyd edək ki, dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə edilən düzəlişlər əsasında qüvvəyə minib.  

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri