Icma.az
close
up
RU
Qarabağ a görünməmiş cərimə: Şok rəqəmlər

Qarabağ a görünməmiş cərimə: Şok rəqəmlər

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Ağdam təmsilçisi isə 74000 manatdan çox cərimələnib.

Buna Ağdam təmsilçisinin "Sabah"a uduzduğu (1:2) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlar səbəb olub.

Qarşılaşma bitdikdən sonra "köhlən atlar"ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.

"Qarabağ" isə oyunçunun bu hərəkəti ucbatından 25500 manat ödəyəcək.

Ağdam klubunun qapıçısı Mateus Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.

Həmin görüşdə "Qarabağ" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb. Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək. Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək. Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.

"Köhlən atlar"ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub. "Qarabağ"ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, beş oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.

Bundan əlavə, "Sabah" klubu da sözügedən qarşılaşmada yaşananlara görə cərimə olunub.

Masazır təmsilçisi beş nəfər sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin meydana kənar aşyalar atması ucbatından 2000 manat, meydana kənar şəxs daxil olmasına görə 6500 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 3000 manat ödəməli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 May 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri