Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir Fotolar
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Martın 4-dən “Bakmil” stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sınaq müddətində “Nərimanov– Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.
“Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir. Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 Mart 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















